6 may 2014 11:44

MOK Yeniyetmələrin Avropa Olimpiya oyunlarının təsnifat yarışlarına akkreditasiya haqda məlumat verdi

Media nümayəndələrinin nəzərinə!

30 may - 1 iyun 2014-cü il tarixində Tofiq Bəhramov adına Respublika stadionunda Atletika üzrə Yeniyetmələrin Avropa Olimpiya oyunlarının təsnifat yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışmanı izləmək və KİV tərəfindən materialların hazırlaması üçün Milli Olimpiya Komitəsi tərəfindən media nümayəndələrinin akkreditasiyasına başlanıb.

Bunun üçün göstərilmiş elektron ünvana daxil olmaq və elektron anketi doldurmaq lazımdır:
http://goo.gl/l0SFdV

Təşkilat Komitəsi tərəfindən qeydiyyatdan keçmiş media nümayəndələri (müxbir, operator, fotoqraf və s.) üçün fərdi akkreditasiya kartı hazırlanacaq. Nümayəndələrə say məhdudiyyəti qoyulmur. Bir KİV-dən bir neçə nəfər əməkdaş qeydiyyatdan keçə bilər.

Yarışlardan öncəki həftə ərzində (dəqiq tarix, saat və yer haqqında məlumat veriləcək) yarışlar haqqında məlumat, yarışlar zamanı mətbuat nümayəndələrinin və digər iştirakçıların fəaliyyət sahəsi, beynəlxalq təşkilatçılarla əməkdaşlıq barədə təlimat vermək məqsədi ilə mətbuat konfransı keçiriləcək. Müraciət etmiş mətbuat nümayəndələrinin akkreditasiya kartları həmin konfrans zamanı təqdim ediləcək.

Qeyd: Müraciət üçün son gün cümə axşamı, 20 may 2014-cü il tarixidir. Bu tarixdən sonrakı müraciətlər qeydə alınmayacaq. Akkreditasiya kartı olmayan media nümayəndələri tədbirlərə buraxılmayacaqlar.

Похожие новости

Xronika 20 oktyabr

Xəyal etdi, inandı və qazandı!

“Sürətlə Yeni Mövsümə” lotereyasının ilk “Changan Q07” qalibi Rövnəq Əkbərov arzusuna qovuşub.
Xronika 15 sentyabr

Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı! 

Kampaniya çərçivəsində 2 ədəd Changan Q07 avtomobili, hər həftə isə iPhone 17 Pro, PlayStation 5 və 250 AZN bonus qazanmaq fürsəti var.
Xronika 01 sentyabr

Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tarixində rekord göstərici qeydə alınıb.
Xronika 13 aprel

Azərlotereya vergi ödəyiciləri siyahısında ilk sıralarda

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında ön sıralarda yer alıb.
Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.