MOK Yeniyetmələrin Avropa Olimpiya oyunlarının təsnifat yarışlarına akkreditasiya haqda məlumat verdi
6 may 2014 11:44
Media nümayəndələrinin nəzərinə!
30 may - 1 iyun 2014-cü il tarixində Tofiq Bəhramov adına Respublika stadionunda Atletika üzrə Yeniyetmələrin Avropa Olimpiya oyunlarının təsnifat yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışmanı izləmək və KİV tərəfindən materialların hazırlaması üçün Milli Olimpiya Komitəsi tərəfindən media nümayəndələrinin akkreditasiyasına başlanıb.
Bunun üçün göstərilmiş elektron ünvana daxil olmaq və elektron anketi doldurmaq lazımdır: http://goo.gl/l0SFdV
Təşkilat Komitəsi tərəfindən qeydiyyatdan keçmiş media nümayəndələri (müxbir, operator, fotoqraf və s.) üçün fərdi akkreditasiya kartı hazırlanacaq. Nümayəndələrə say məhdudiyyəti qoyulmur. Bir KİV-dən bir neçə nəfər əməkdaş qeydiyyatdan keçə bilər.
Yarışlardan öncəki həftə ərzində (dəqiq tarix, saat və yer haqqında məlumat veriləcək) yarışlar haqqında məlumat, yarışlar zamanı mətbuat nümayəndələrinin və digər iştirakçıların fəaliyyət sahəsi, beynəlxalq təşkilatçılarla əməkdaşlıq barədə təlimat vermək məqsədi ilə mətbuat konfransı keçiriləcək. Müraciət etmiş mətbuat nümayəndələrinin akkreditasiya kartları həmin konfrans zamanı təqdim ediləcək.
Qeyd: Müraciət üçün son gün cümə axşamı, 20 may 2014-cü il tarixidir. Bu tarixdən sonrakı müraciətlər qeydə alınmayacaq. Akkreditasiya kartı olmayan media nümayəndələri tədbirlərə buraxılmayacaqlar.