Beynəlxalq Sığorta Şirkəti bu ilin əvvəlindən indiyədək kasko sığortası üzrə ölkədə ən böyük ödənişi həyata keçirib
13 may 2014 18:18

“Beynəlxalq Sığorta Şirkəti” bu ilin əvvəlindən indiyədək kasko sığortası üzrə ölkədə ən böyük ödənişi həyata keçirib. Şirkətin İdarə Heyətinin sədr müavini İlham Ağayev bildirib ki, 112,9 min manatlıq ödəniş “Porcshe Cayenne” markalı avtomobilin qəzaya uğramasına görə edilib. Hadisə bu il yanvar ayının 11-də Quba şəhərində baş verib. Avtomobilin sahibi Bakı şəhər sakinidir. Bu avtomobillə bağlı riskin 50%-i isə “Alfa Sığorta” şirkətinin üzərinə düşüb.