Alfa Sığorta sosial yönümlü layihələrin həyata keçirilməsini davam etdirir
“Alfa Sığorta” şirkətinin sosial yönümlü layihələrə dəstək olmaq planları barədə yaxın günlərdə verilmiş açıqlamalar reallaşmağa başladı. Artıq həyata keçirilmiş təşəbbüslərlə yanaşı, şirkətin məktəblilərin biliyə olan həvəslərinə istiqamətlənmiş olimpiada, yaradıcılıq müsabiqələri kimi məktəb təhsili sahəsində iştirakını xüsusilə qeyd etmək lazımdır.
Artıq neçə ildir ki, Britaniya Şurasının Azərbaycan Respublikasındakı nümayəndəliyi müxtəlif mövzular üzrə məktəblilər arasında müsabiqələr keçirir. Bakı məktəbləri arasında bu il keçirilən müsabiqə dünya ədəbiyyatının dahisi Vilyam Şekspirin 450 illik yubileyinə həsr olunmuşdur. Müsabiqənin şərtlərinə görə, məktəblilər dahi şair və dramaturqun yaradıcılığı əsasında çəkilmiş videoçarx təqdim etməli idilər.
“Alfa Sığorta” şirkətinin maddi və təşkilati dəstəyi ilə 189 saylı tam orta məktəbin şagirdləri “Romeo və Culyetta” motivləri əsasında videoçarx çəkmişlər. Orta əsrlərin abu-havasını yaratmaq məqsədilə çəkilişlərin “İçəri şəhər” tarixi-mədəni qoruqdə aparılmasına şərait yaradılmış, ekranlaşdırılmış əsərin personajlarını isə məktəblilərin özləri canlandırmışlar.
“Alfa Sığorta” şirkəti bizim gənc nəslin biliyə olan həvəsini dəsdəkləmək kimi sosial layihələrdə iştirakını gələcəkdə də fəaliyyətinin preoritetləri sırasında saxlayacaqdır.