Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edəcək
19 may 2014 14:55
Gənclər və idman naziri Azad Rəhimov mayın 26-da Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, saat 11:30-da gerçəkləşəcək qəbulda Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Tovuz, Şəmkir rayonları, Gəncə və Naftalan şəhərlərinin sakinləri iştirak edəcəklər.
Qəbula yazılmaq istəyən vətəndaşlar mayın 19-dan- 25-dək saat 09:00-dan 18:00-dək aşağıda adları qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.