26 may 2014 13:31

Gənclər və idman naziri Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edib

Gənclər və idman naziri Azad Rəhimov 26 may  2014-cü il tarixdə Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində  Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Tovuz, Şəmkir rayonları, Gəncə və Naftalan şəhərlərinin vətəndaşlarını  qəbul edib. Azerisport.az xəbər verir ki, 50-dən artıq  vətəndaşın  iştirak etdiyi qəbulda 20-ə yaxın müraciət Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili ilə bağlı olub.
15-dən artıq müraciət idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri ilə bağlı olub.
Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamətində olub.  Bir sıra müraciətlər yerindəcə həllini tapıb.  Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Qeyd edək ki, bu nazir Azad Rəhimovun sayca 15-ci vətəndaş qəbuludur. Şəmkirdən öncə nazir İsmayıllı,  Lənkəran, Mingəçevir (2 dəfə), Şirvan, Quba (2 dəfə), Qəbələ, Gəncə, Sumqayıt, Beyləqan, Sabirabad, Şamaxı və  Masallıda vətəndaşları qəbul edib.
İsmayıllıda baş tutan qəbul da daxil olmaqla nazir Azad Rəhimov ümumilikdə 600-dən çox vətəndaş qəbul edib.
(AGİN mətbuat xidməti)

Похожие новости

Xronika 20 oktyabr

Xəyal etdi, inandı və qazandı!

“Sürətlə Yeni Mövsümə” lotereyasının ilk “Changan Q07” qalibi Rövnəq Əkbərov arzusuna qovuşub.
Xronika 15 sentyabr

Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı! 

Kampaniya çərçivəsində 2 ədəd Changan Q07 avtomobili, hər həftə isə iPhone 17 Pro, PlayStation 5 və 250 AZN bonus qazanmaq fürsəti var.
Xronika 01 sentyabr

Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tarixində rekord göstərici qeydə alınıb.
Xronika 13 aprel

Azərlotereya vergi ödəyiciləri siyahısında ilk sıralarda

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında ön sıralarda yer alıb.
Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.