Nurgün Motors-dan Təhlükəsiz Səyahət Servis Kampaniyası
30 may 2014 18:00

Nissan, İnfiniti, Ford və Renault markalı avtomobillərin rəsmi distribütoru olan Nurgun Motors şirkəti 1 iyun-31 iyul tarixlərində Təhlükəsiz Səyahət Servis Kampaniyasına start verdi.
Kampaniya müddətində servisə gələn bütün müştərilərə iş görüldüyü təqdirdə diaqnostika xərcləri hədiyyə olunacaq. Əlaqədar ehtiyat hissələrinə 10% endirim, xidmət haqqına isə 20% endirim tətbiq olunacaq. Vaxt gözləmədən servisin xidmətlərindən yararlanmaq istəyən müştərilər öncədən qeydiyyat ( Appointment ) xidmətindən yararlana bilərlər. Əlaqə üçün: (012) 934
“NURGÜN Motors” MMC şirkəti Nissan, İnfiniti, Ford və Renault markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.
Əlaqə nömrəsi: (012) 934