AAAF PARK-da Günəş çarxı istifadəyə verildi
5 iyun 2014 14:05

Daima sakinləri və qonaqlarının rahatlığını düşünən AAAF PARK Yaşayış Kompleksi yeni əyləncə məkanlarını istifadəyə verməkdə davam edir.
Bu dəfə hündürlüyü 35 m, hər biri 6 nəfərlik 20 kupedən ibarət olan “Günəş çarxı”nı məhz Sizlərin xidmətinə verdik. Gecələr möhtəşəm işıqlanma sistemi ilə gözəl görüntülərə səbəb olan, hər kəsin zövqünü oxşayacaq bu attraksionda Xırdalan şəhərini yüksəklikdən izləmək, xoş anlar yaşamaq imkanı verir. Qiyməti isə münasibdir – adambaşı cəmi 1 (bir) manat.
Hər kəsi AAAF PARK-a gəlib, “Günəş çarxı”mızdan yararlanmağa dəvət edirik!