Gənclər və idman naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
18 iyun 2014 15:54
Gənclər və idman naziri Azad Rəhimov iyunun 24-də Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarının sakinləri iştirak edəcək.
Qəbul saat 11:00-da Ağcabədi Gənclər Mərkəzində (Ağcabədi şəh,Heydər Əliyev prospekti Şahmat Məktəbinin yanı) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı iyunun 17-dən 23-dək saat 09:00-dan 18:00-arası aparılacaq. (AGİN mətbuat xidməti)