Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edəcək
1 iyul 2014 11:12
4 iyul 2014-cü il tarixdə Gənclər və idman naziri Azad Rəhimov Quba rayonunda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz, rayonlarının sakinləri vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbul saat 11:00-da Quba şəhəri Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı, RİH-nin yanı) başlayacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı iyulun 3-dək saat 09:00-dan 18:00-dək aparılacaq.