Vyetnam və Azərbaycan arasında Memorandum imzalandı
4 iyul 2014 13:14

Bu gün Quba rayonunda Azərbaycan Respublikası Gənclər və idman nazirliyi və Vyetnamın Mədəniyyət, İdman və Turizm nazirliyi arasında idman sahəsində ikitərəfli Memorandum imzalanıb. Azerisport.az xəbər verir ki, imzalanma mərasimi nazir Azad Rəhimov və nazir Hoang Tuan Ahn arasında baş tutub.
Memoranduma nümayəndə heyətinin mübadiləsi, idman idarəçiliyi, idman təhsili, idman sahəsində texniki və proqram mübadiləsi daxildir.
Eyni zamanda milli idman federasiyaları, idman təşkilatları arasında birbaşa əlaqələrin qurulması və dəstəklənməsi və digər tədbirlər də də də memorandumun əsas istiqamətlərindəndi. (AGİN mətbuat xidməti)