İlin minik avtomobili bəlli oldu!

09-10 Avqust tarixlərində keçirilən Caspian Motor Show 2014 avtomobil sərgisində Nissan Altima bir daha “ sahib ola biləcəyəniz ən yaxşı avtomobil”-dən biri olduğunu sübut etdi, belə ki, Nissan Altima İlin Minik Avtomobili nominasiyasında “Qızıl çarx” mükafatına layiq görülüb.
Altima avtomobili yüksək yanacaq qənaətinə, “ sürət və effektliyin” vəhdəti olan transmissiyasına, asan istifadə olunan texnologiyası və zərifliklə öhdəliyin ümumi balansına görə bu mükafatı qazanıb.
Sərgidə Avropa brendi olan Dokker isə “İlin kommersiya avtomobili” mükafatına layiq görülüb. "Renault Dokker" - şəxsi və professional istifadə üçün nəzərdə tutulmuş, əla modulyasiyaya və öz sinfində ən iri yük yerinə (800 litr) malik olan 5 nəfərlik minivendir. Modelin zahiri xarakteristikası yığcam düz xətlərdən, kub formasında olan hündür damdan, rahat dəbərdilən qapılardan və qoruyucu moldinqlərdən ibarətdir.
“Nurgün Motors” şirkətinin servis xidməti isə müştərilərə göstərdiyi xidmət və peşakarlığa görə “İlin avtoservis mərkəzi” nominasiyasında qalib oldu. Nurgun Motors Servis Mərkəzi üçün müştəri məmnuniyyəti həmişə prioritet məsələ olmuşdur və daim öz fəailyyəti dövründə prioritet olaraq qalacaqdır.
“NURGÜN Motors” MMC şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində5 ünvanda, həmçinin Gəncə, Lənkəran, Şəki və Quba şəhərləində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlarda alınan hər bir avtomobilə 5 il müddətinə və ya 155.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.