17 sentyabr 2014 13:20

Azad Rəhimov Avropa Şurasının idmana məsul nazirlərinin toplantısında

Gənclər və idman nazir Azad Rəhimov 17 sentyabr 2014-cü il tarixdən İsveçrənin Makolin şəhərində öz işinə başlayan Avropa Şurasının idmana məsul nazirlərin 13-cü Konfransına qatılmaq üçün bu ölkəyə rəsmi səfərə yola düşüb. Azerisport.az xəbər verir ki, konfrans ölkəmizin 31 oktyabr tarixinədək davam edəcək Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə baş tutur.

Bu səbəblə tədbirin açılış sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində nazir Azad Rəhimov çıxış edəcək. Çıxışı zamanı nazir Azad Rəhimov ölkəmizin bir sıra beynəlxalq yarışlara ev sahibliyi etməsi zamanı  və eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarında tamaşaçı zorakılığının qarşısının alınması, idmanda korrupsiya hallarına son qoyulmasının daim diqqət mərkəzində olmasının önəmini və bu səpkili konfransların keçirilməsinin vacibliyini diqqətə çatdıracaq. Nazir eyni zamanda idmanın inkişafı istiqamətində Avropa Şurası ilə əlaqələrin genişlənməsinin əsas istiqamətlərdən biri olduğunu da qeyd edəcək.

Konfrans zamanı “İdmanın idarə olunmasında korrupsiya”, “Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, “2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, “Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı”  adlı qətnamələrin qəbulu gözlənilir.

Tədbir çərçivəsində həmçinin “İdman yarışlarının manipulyasiyasına diar Avropa Konvensiya”sı imzaya açıq elan ediləcək.

Qeyd edək ki, konfrans zamanı Azad Rəhimovun Avropa Şurasının baş katibi Torbörn Yaqlandla təkbətək görüşü də nəzərdə tutulur. Görüş zamanı Avropa Şurası ilə Azərbaycan arasında gənclər və idman sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə qurumla birgə həyata keçirdiyi  “Gənclər siyasəti üzrə I Qlobal Forum” və “Nifrət nitqinə Yox hərəkatı” və s layihələr ətrafında müzakirələr olacaq. Eyni zamanda görüş əsnasında  Bakı 2015 Avropa oyunlarının təqdimatı da gerçəkləşəcək. (AGİN mətbuat xidməti)

Похожие новости

Xronika 20 oktyabr

Xəyal etdi, inandı və qazandı!

“Sürətlə Yeni Mövsümə” lotereyasının ilk “Changan Q07” qalibi Rövnəq Əkbərov arzusuna qovuşub.
Xronika 15 sentyabr

Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı! 

Kampaniya çərçivəsində 2 ədəd Changan Q07 avtomobili, hər həftə isə iPhone 17 Pro, PlayStation 5 və 250 AZN bonus qazanmaq fürsəti var.
Xronika 01 sentyabr

Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tarixində rekord göstərici qeydə alınıb.
Xronika 13 aprel

Azərlotereya vergi ödəyiciləri siyahısında ilk sıralarda

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında ön sıralarda yer alıb.
Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.