17 oktyabr 2014 17:15

Azad Rəhimov BMT Baş Qərargahında çıxış edəcək

20 oktyabr 2014-cü il tarixdə BMT Baş Qərargahında keçiriləcək Baş Assambleyanın 69-cu sessiyasında iştirak etmək məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov bu ölkəyə rəsmi səfər edəcək. Azerisport.az xəbər verir ki, sessiya çərçivəsində  “İnkişaf və sülh naminə İdman”  bəndi altında müzakirələr keçiriləcəkdir. Müzakirələr zamani öz çıxışında nazir Azad Rəhimov müstəqillik qazandığı gündən ölkəmizin bir çox Avropa və dünya çempionatlarına ev sahibliyi etməsi, 2016-cı ildə Bakıda Şahmat üzrə 42-ci Dünya çempionatının və Formula 1 Grand Prix yarışının, 2017-ci ildə 4-cü İslam Həmrəyliyi oyunlarının, 2020-ci ildə isə UEFA Avro turnirinin keçiriləcəyi haqda məlumatlar  verəcək.

Eyni zamanda, Azad Rəhimov ölkənin birinci xanımı, Bakı Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında  2015-ci il 12 iyun tarixindən Bakıda start götürəcək ilk Avropa oyunlarına hazırlıqla bağlı məlumatları diqqətə çatdıracaq. Nazir 17 gün ərzində ölkəmizdə keçiriləcək Avropa oyunlarına Avropanin 6000-dən çox idmançısının qatılacağını və onların 20 idman növündə mübarizə aparacaqlarını, idmançıların və ölkəmizə gələcək  turistlərin ölkəmiz haqqında müsbət rəy əldə etmələri və oyunların yüksək səviyyədə keçirilməsi  üçün lazımi hazırlıq işlərinin görüldüyünü vurğulayacaq.

Öz çıxında nazir ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana diqqət və qayğısından və son 10 ildə ölkəmizdə 50-dən artıq idman obyektlərinin tikilib, istifadəyə verilməsindən, idmançılarımızın Olimpiya oyunlarında, dünya, Avropa çempionatlarında,  Nanjinqdə keçirilmiş Yeniyetmələr arasında Olimpiya oyunlarında qazandıqları qələbələr haqqında da iştirakçıları məlumatlandıracaq.

Sessiya zamanı həmçinin Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə dünya ictimaiyyətinə ətraflı məlumat verilməsi və təbliğat xarakterli tədbirlərin təşkili, o cümlədən  idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və Birinci Avropa Oyunlarına həsr olunmuş sərginin təşkili və təbliğat xarakterli materialların paylanılması  da planlaşdırılır.

Səfər 25 oktyabr 2014-cü il tarixdə başa çatacaq. (AGİN mətbuat xidməti)

Похожие новости

Xronika 20 oktyabr

Xəyal etdi, inandı və qazandı!

“Sürətlə Yeni Mövsümə” lotereyasının ilk “Changan Q07” qalibi Rövnəq Əkbərov arzusuna qovuşub.
Xronika 15 sentyabr

Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı! 

Kampaniya çərçivəsində 2 ədəd Changan Q07 avtomobili, hər həftə isə iPhone 17 Pro, PlayStation 5 və 250 AZN bonus qazanmaq fürsəti var.
Xronika 01 sentyabr

Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tarixində rekord göstərici qeydə alınıb.
Xronika 13 aprel

Azərlotereya vergi ödəyiciləri siyahısında ilk sıralarda

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında ön sıralarda yer alıb.
Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.