Azad Rəhimov Lənkəranda vətəndaşları qəbul edəcək
3 noyabr 2014 11:35
Gənclər və idman naziri Azad Rəhimov noyabrın 7-də Lənkəran şəhərində vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Lənkəran şəh, Şirəli Axundov küçəsi, İcra Hakimiyyətinin yanı) başlayacaq. Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 6-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar. (AGİN mətbuat xidməti)