5 noyabr 2014 13:15

Braziliya və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq haqqında Fəaliyyət Planı imzalandı

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Braziliya Federativ Respublikasının idman naziri Aldo Rebelonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azerisport.az xəbər verir ki, hər iki ölkənin naziri bir sıra mövzular ətrafında müzakirələr apararaq,  tərəflər arasında qarşılıqlı əməkdaşlığın vacibliyindən söz açıblar.

Azad Rəhimov: "Bakıda keçirilən Humanitar Forumda, Gənclər Siyasəti üzrə I  Qlobal Forumunda və digər beynəlxalq layihələrdə braziliyalı gənclər çox aktiv iştirak edib və onlarla  səmərəli görüşlər keçirilib. Azərbaycan bir sıra beynəlxalq layihələrə ev sahibliyi edən ölkədir. İstər idman, istərsə də gənclər sahəsində Braziliyalı gəncələri görmək bizim üçün xoşdur.”

Nazir eyni zamanda Braziliya ilə sıx əməkdaşlığa daim hazır olduğumuzu,  bu münasibətlərin  gələcəkdə daha da inkişaf etdirilməsi üçün  geniş imkanların olduğunu diqqətə çatdırdı.
Braziliya Federativ Rüspublikasının idman naziri Aldo Rebelo  Bakıda olmaqdan məmnunluq hissini dilə gətirib, bu şəhərin qədim ənənələrə malik olduğunu bildirdi.
Aldo Rebelo:  "Mən bilirəm ki, Azərbaycan idman sahəsində çox inkişaf etmiş bir ölkədir. Son zamanlar Azərbaycanda dünya miqyasında idman yarışlarının təşkil edilməsi bu ölkənin dünyada idman sahəsində tutduğu yüksək mövqeyini göstərir. Biz idman sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə daim maraqlıyıq. Bildiyiniz kimi Braziliya 2016-cı ildə Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın da ilk dəfə Avropa oyunlarına ev sahibliyi etdiyini nəzərə alsaq, demək ki, bizim maraqlı təcrübə mübadiləmiz ola bilər.”

Braziliyalı nazir eyni zamanda gələcəkdə hər iki ölkə arasında müxtəlif sahələrdə birgə tədbirlərin keçirilə biləcəyini də diqqətə çatdırdı.

Müzakirələrdən sonra hər iki ölkənin naziri ikitərəfli əməkdaşlıq haqqında fəaliyyət planı imzaladı. (AGİN mətbuat xidməti)

Похожие новости

Xronika 20 oktyabr

Xəyal etdi, inandı və qazandı!

“Sürətlə Yeni Mövsümə” lotereyasının ilk “Changan Q07” qalibi Rövnəq Əkbərov arzusuna qovuşub.
Xronika 15 sentyabr

Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı! 

Kampaniya çərçivəsində 2 ədəd Changan Q07 avtomobili, hər həftə isə iPhone 17 Pro, PlayStation 5 və 250 AZN bonus qazanmaq fürsəti var.
Xronika 01 sentyabr

Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tarixində rekord göstərici qeydə alınıb.
Xronika 13 aprel

Azərlotereya vergi ödəyiciləri siyahısında ilk sıralarda

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında ön sıralarda yer alıb.
Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.