Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək
20 noyabr 2014 12:25
24 noyabrda Gənclər və idman naziri Azad Rəhimov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayon sakinlərinin iştirak edəcəkləri qəbul saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində (Qəbələ şəh, 28 May küçəsi-40, Heydər Əliyev parkının yanı) baş tutacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 24-dək saat 09:00-dan 18:00-dək aparılacaq.
Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar. (AGİN)