Azad Rəhimov BOK-un 127-ci sessiyasında
Gənclər və İdman naziri Azad Rəhimov Monakoda keçirilən Beynəlxalq Olimpiya Komitəsinin 127-ci sessiyasında iştirak etmək məqsədi ilə bu ölkəyə rəsmi səfərə yola düşüb. Azerisport.az xəbər verir ki, sessiyada üç əsas - davamlılıq, etimad göstərmə və gənclər mövzularını özündə əhatə edən Olimpiya 2020 Gündəliyinin təqdim olunması nəzərdə tututlur.
Sessiyada eyni zamanda gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyinə seçim prosesində, xüsusi ilə ev sahibliyi edəcək regionun sosial, ətraf mühit və uzun müddətli inkişaf planında mümkün yeni strategiyalar, Olimpiya Proqramı ilə bağlı prosedura müəyyən dəyişikliklər edilməsi mövzuları ətrafında müzakirələr nəzərdə tutulur. Eyni zamanda 127-ci sessiyada Olimpiya dəyərlərinin və idmanın il boyu dünyada təbliği məqsədi ilə Olimpiya TV kanalının yaradılması və s mövzular da diqqət mərkəzində olacaq.