Nazir Azad Rəhimov Şirvan şəhərində vətəndaşları qəbul edəcək
16 dekabr 2014 12:40
Gənclər və idman naziri Azad Rəhimov dekabrın 22-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, saat 11:00-da Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində (Şirvan şəh, Gülbala Şıxbala oğlu küçəsi) başlanacaq qəbulda Şirvan şəhər, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinləri iştirak edəcək.
Qəbul üçün vətəndaşların qeydiyyatı 16-21 dekabr saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər. (AGİN)