Azad Rəhimov Biləsuvarda vətəndaşların şikayətlərinə qulaq asacaq
23 yanvar 2015 13:00
27 yanvar tarixdə Gənclər və idman naziri Azad Rəhimov Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan sakinləri qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh. Mübariz İbrahimov küçəsi 120. Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 26-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar. (AGİN)