AAAF Parkda yenilik: Evinizin təmirli halını əvvəlcədən görün!
6 fevral 2015 19:00
“AAAF-İnşaat” MMC maraqlı dizayn və yüksək keyfiyyət ilə inşa etdiyi binalarda mənzilləri 5 (beş) ilə qədər faizsiz kreditlə, təmirli və təmirsiz şəkildə təklif edir. Azerisport.az xəbər verir ki, bu arada AAAF Park Yaşayış Kompleksi alıcılarına daha bir xidmət təklif edir.
Belə ki, artıq ev almağa gələn müştərilər mənzillərin təmirdən sonrakı hazır vəziyyətini əvvəlcədən görmək imkanı əldə edirlər. Bunun üçün “Satış mərkəzi”ndə xüsusi “Showroom”-lar düzəldilib. Burada hər bir alıcı müvafiq mənzilin təmirli vəziyyəti ilə tanış olur, mebel və aksessuarların keyfiyyətini bilavasitə yoxlamaq imkanı əldə edir. Təmir şirkət tərəfindən edilir.