Ölkə başçısı Smirnovu Dostluq ordeni ilə təltif etdi
15 fevral 2015 13:00
Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin 12 fevral 2015-ci il tirixli Sərəncamı ilə Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Georgiyeviç Smirnov Olimpiya hərəkatının inkişafında və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman əlaqələrinin genişləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. Azerisport.az xəbər verir ki, mükafat Moskvada Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov tərəfindən səbəbkara təqdim olunub.