Nazir Qusarda vətəndaşları qəbul edəcək
20 fevral 2015 14:45
Gənclər və idman naziri Azad Rəhimov fevralın 25-də Qusar rayonunda vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcək.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Qusar şəh, Mirzə Vəliyev küçəsi, Qusar Olimpiya Kompleksinin yaxınlığı) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı fevralın 20-dən 24-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.