Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edəcək
10 mart 2015 15:30
Gənclər və idman naziri Azad Rəhimov martın 12-də Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Mingəçevir şəhər, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Yevlax və Zərdab rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Mingəçevir şəh, 20 Yanvar küçəsi 172, ŞİH-nin yaxınlığı) başlanacaq. (AGİN)