Nazir Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək
17 iyul 2015 14:40
Gənclər və İdman naziri Azad Rəhimov iyulun 21-də Quba rayonunda vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz, rayonlarının sakinləri iştirak edəcək.
Qəbul saat 11:00-da Quba şəhəri Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı, RİH-nin yanı) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı iyulun 20-dək, saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.