Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək
23 sentyabr 2015 17:15
Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 29-da Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Sumqayıt şəhər, Abşeron, Qobustan, Şamaxı və Xızı rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Sumqayıt Tarixi Muzeyində (Sumqayıt şəh,Heydər Əliyev prospekti, 4-cü mikrarayon) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı sentyabrın 24-dən sentyabrın 28-dək saat 09:00-dan 18:00-dək aparılacaq.