Fotoreportaj|Video|На русском

Xronika

İlham Əliyev polo idman növü üzrə Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb

2 oktyabr 2015 16:20

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev polo idman növü üzrə Bakıda keçirilən birinci Avropa çempionatının qalibi olmuş Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

- Keçən ay Bakıda polo üzrə birinci Avropa çempionatı keçirilmişdir. Bizim milli komandamız bütün rəqiblərə qalib gələrək çempion titulunu qazanmışdır. Bu gözəl hadisə münasibətilə sizi, ilk növbədə idmançıları, məşqçiləri, idman mütəxəssislərini, Atçılıq Federasiyasının nümayəndələrini ürəkdən təbrik edirəm. Bu, doğrudan da böyük, gözəl qələbədir.

Avropa çempionatı ilk dəfə keçirilmişdir. Bildiyimə görə, çempionatın keçirilməsinin təşəbbüskarı da Azərbaycan Atçılıq Federasiyası olmuşdur. Çempionat yüksək səviyyədə keçirilmişdir. Yəni, bu da təbidir, çünki Azərbaycanda bütün beynəlxalq idman yarışları ən yüksək səviyyədə keçirilir. Əlbəttə ki, bizim komandamız öz gücünü göstərdi. Bu, bizim növbəti idman qələbəmizdir.

Polo idman növü bizim xalqımıza çox yaxındır, bizim çövkən milli idman oyununa çox oxşayır. Əlbəttə ki, bizim idmançılarımızın təcrübəsi də kifayət qədər böyükdür. Ancaq Avropa çempionatı çox mötəbər idman yarışıdır. Bildiyimə görə, bu çempionatda çox güclü komandalar iştirak etmişlər və mübarizə də çox gərgin idi. Siz xalqımızı, azarkeşləri sevindirdiniz. Bir daha demək istəyirəm ki, Azərbaycan öz idman gücünü göstərib.

Bu vaxta qədər biz dəfələrlə bütün mötəbər yarışlarda ləyaqətlə çıxış etmişik. Müxtəlif idman növləri üzrə bizim dünya, Avropa, Olimpiya çempionlarımız var. Bu idman növündə də Azərbaycan tarixə öz adını yazdı. Çünki birinci çempionat Bakıda keçirildi və birinci qalib də Azərbaycan komandası oldu.

Atçılıq idman növünün inkişafına böyük diqqət göstərilir. Son vaxtlar həm Bakıda, həm bölgələrdə bu idman növünə çox böyük maraq var. Şadam ki, çövkən üzrə respublika çempionatları mütəmadi qaydada keçirilir və bu çempionatlarda iştirak edən komandaların sayı artır. Yəni, bu, çox böyük maraq doğuran idman növünə çevrilibdir. Həm böyük tamaşaçı auditoriyası cəlb edir, həm də artıq bizim böyük idman ordumuz var.

Bu idman növü ilə məşğul olan gənclər öz gücünü göstərirlər. Bütün başqa lazım olan şərait də yaradılıb. Son illər ərzində həm Bakıda, həm də bölgələrdə bu sahəyə çox böyük diqqət göstərilir.

Bütövlükdə idman Azərbaycanda prioritet istiqamətdir. Bizim idmançılarımız xalqımızı mötəbər yarışlarda sevindirir. Xüsusilə, birinci Avropa Oyunlarında Azərbaycan milli komandası ikinci yerə layiq görülmüşdür. Bu da hesab edirəm ki, Azərbaycan idmanının təntənəsi idi. Həm təşkilatçılıq məsələləri, həm idmançılar, qonaqlar üçün təşkil edilmiş mədəni proqram ən yüksək səviyyədə həll olunmuşdur. Əlbəttə ki, Azərbaycan vətəndaşları bütün yarışlarda bizim idmançılarımızı çox böyük sevgi, məhəbbətlə dəstəkləmişlər və bu dəstək əminəm ki, bizim idmançılarımıza əlavə güc veribdir.

Bütün Avropa ölkələri arasında ikinci yeri tutmaq tarixi qələbədir. Bu, ölkəmizin, xalqımızın, müstəqil Azərbaycanın qələbəsidir. Bildiyiniz kimi, iki ildən sonra İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Azərbaycan yenə də tarixə öz adını yazacaq ki, birinci ölkədir həm Avropa, həm İslam Oyunları bu ölkədə keçirilir. Yenə də əminəm ki, bu, növbəti idman bayramına çevriləcəkdir. İndi hazırlıq işləri gedir və əminəm ki, İslam Həmrəylik Oyunları Avropa Oyunlarının, yəni, Yay Olimpiya Oyunlarının səviyyəsində keçiriləcəkdir. Çünki biz bu məqsədi qarşıya qoymuşduq, bu məqsədə də nail ola bildik. Gələn il biz yenə də tamaşaçıları sevindirəcəyik, Azərbaycanda gözəl, mötəbər, dünya miqyaslı yarışlar keçiriləcək.

Azərbaycan artıq dünyada idman ölkəsi kimi özünü təqdim edə bilib və idmançılarımız bizi çox sevindirirlər. Bütün bölgələrdə idmanla məşğul olmaq üçün gözəl şərait - olimpiya-idman kompleksləri, idman meydançaları var. Gənclər idmana çox meyillidirlər. Bu da gəncləri sağlam ruhda və fiziki cəhətdən sağlam şəraitdə böyüdəcəkdir, yaxşı tərbiyə alacaqlar. İdmanla məşğul olanların böyük əksəriyyəti məişətdə də nümunə olur. Biz idmançılarımızla fəxr edə bilərik. İdmanla məşğul olan insan həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlam, dəyərli vətəndaş olur. Mən də çox istəyirəm ki, bizim gənclərimiz güclü, fiziki, mənəvi cəhətdən hazırlıqlı, Vətənə bağlı, vətənpərvər olsunlar. Vətənpərvərlik hisslərini idman qədər gücləndirən ikinci amil bəlkə də çətin ki, tapılsın. Yəni, idman bütün cəmiyyəti birləşdirir və əlbəttə ki, qələbə qazanılanda bütün xalq buna sevinir. İdman yarışları o mübarizə, o rəqabət formasıdır ki, burada nəticələr göz qabağındadır. Ölkələrin müxtəlif inkişaf dinamikaları var. Ancaq Olimpiya Oyunlarında, dünya çempionatlarında hər şey açıq-aydın görünür: kim birinci yerdədir, kim ikinci yerdədir. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Ona görə, dünya, Avropa çempionatlarının, Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, birinci yerlərdə adətən inkişaf etmiş ölkələr qərarlaşır. Azərbaycan bu ölkələrin arasındadır.

Mən bir daha sizi ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Bundan sonra bu titulu saxlamaq asan olmayacaq, çünki sizinlə yarışacaq bütün komandalar bu yarışlara xüsusi bir həvəslə çıxacaqlar. Ona görə, siz çalışmalısınız ki, gələcək yarışlarda da Azərbaycanın idman şöhrətini həmişə uca tutasınız. Bir daha təbrik edirəm.

x x x

Komandanın üzvü Elçin CAMALLI çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, əvvəlcə Azərbaycan atçılığının inkişafına göstərdiyiniz ali diqqət və qayğıya görə bütün çaparlar adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin diqqət və qayğınızın nəticəsidir ki, artıq Azərbaycanda digər idman növləri ilə yanaşı, atçılığın polo növü üzrə də qızıl medallar əldə edilib. Sizin qəbulunuzda olmaq hər bir vətəndaş kimi bizim üçün də çox böyük qürur və fəxarət hissidir.

Son illər ərzində Azərbaycanda atçılıq idmanının bütün növləri üzrə mühüm işlər görülmüşdür. Yüksək səviyyədə beynəlxalq turnirlər keçirilmişdir. Mükəmməl at cinslərimiz yetişdirilmişdir. Qədim oyunlarımız Sizin sayənizdə daha da inkişaf etmişdir. Azərbaycan milli komandasının üzvü olmaq hər bir idmançı kimi bizim üçün də çox məsuliyyətli işdir. Çünki Sizin idmançılara, idmana olan etimadınızı doğrultmalıyıq.

Ölkəmizdə Avropa çempionatı keçirildi və biz bu çempionatda qalib olduq. Bu qələbəmizi Sizə və qüdrətli Azərbaycan xalqına həsr edirik. Çox sağ olun.

x x x

Qazanılan uğurda komanda üçün yaradılmış şəraitin mühüm rol oynadığını qeyd edən Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin QULİYEV dedi:

-Möhtərəm cənab Prezident, icazə verin, bir daha göstərdiyiniz bu ali diqqətə, qayğıya görə Sizə Azərbaycanın bütün atçılıq idmansevərləri adından dərin minnətdarlığımızı, hörmət və ehtiramımızı bildirim.

Sözsüz, göstərdiyiniz bu dəstəyin nəticəsidir ki, Azərbaycan idmançıları dünya meydanlarında, beynəlxalq yarışlarda ardıcıl olaraq yüksək nəticələr əldə edirlər. Əgər əvvəllər idmançılarımız yalnız Azərbaycan üçün ənənəvi idman növlərində nəticələr əldə edirdilərsə, bu gün artıq bu idman növləri şaxələnməkdədir və digər idman növləri üzrə də Azərbaycan idmançıları yüksək nəticələr əldə edirlər.

Azərbaycanın polo üzrə yığma komandasının Avropa çempionatında əldə etdiyi nəticə də məhz belə qələbələrdəndir. Mən çox şadam ki, biz bu qələbəni, bu yüksək nəticəni əldə etdik. İdmançımızın iftixar hissi ilə dediyi kimi, bu qələbəni Sizin rəhbərliyiniz altında qüdrətli Azərbaycana həsr etdik. Bir daha dərin minnətdarlığımızı bildiririk, cənab Prezident. Göstərdiyiniz bütün diqqətə, qayğıya görə çox sağ olun.

x x x

Sonra Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim olundu.

x x x

Prezident İlham Əliyev əldə olunmuş nailiyyətdə komandanın məşqçisinin xidmətlərini xüsusi qeyd etdi.

Polo üzrə milli komandamızın məşqçisi Silvester QARROS Azərbaycana gəldiyi gündən Bakıda gördüklərindən məmnunluğunu ifadə etdi. O, ölkəmizdə idmanın inkişafı üçün görülən nəhəng işlərin nəticəsi olaraq Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda, o cümlədən olimpiadalarda əldə etdiyi nailiyyətlərin dünya idman ictimaiyyətində yaratdığı təəssüratlardan danışdı.

Bakıda keçirilən birinci Avropa Oyunlarına toxunan Silvester Qarros bu Oyunların möhtəşəm idman bayramı kimi təkcə Avropanın deyil, bütün dünyanın idman tarixinə ən yaddaqalan hadisə kimi düşdüyünü vurğuladı. O, polonun Azərbaycanın milli çövkən oyununa çox oxşar olduğunu və idmanın bu növünün inkişafı üçün yaradılan şəraiti və potensialı heç bir başqa ölkədə müşahidə etmədiyini bildirdi və bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah