Azad Rəhimovun Moskvaya rəsmi səfəri başlayır
30 oktyabr 2015 14:15
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən Milli Olimpiya Komitələri Assosasiyasının (ANOC) 20-ci Assambleyasından sonra, nazir Azad Rəhimovun Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə rəsmi səfəri başlayır. Azerisport.az xəbər verir ki, səfərin məqsədi 31 oktyabr 2015-ci il tarixdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) VI Forumunda və II hesabat-seçki konfransında iştirakdır.
Forumda gənclərin vətənpərvərlik və mənəvi əxlaqi tərbiyəsində turizmin və tarixin rolu, gənclərin karyera inkişafı, sahibkarlıq və uğura aparan yol, Azərbaycanın ictimai-siyasi həyatı və s. mövzular müzakirə olunacaq.