Futbol xəbərləri üçün İnternet
15 марта 2010 14:32
Azerisport.az-da daha bir sorğu başa çatıb.
Bir neçə gün ərzində “Futbol xəbərlərini haradan əldə edirsiniz” sualını cavablandıran oxucuların əksəriyyəti – 84%-i “İnternet” deyə cavan verib. 10% respondent xəbərləri televiziya, 4% isə mətbuatdan – qəzet və jurnallardan əldə edir. Cəmi 1% bu məqsədlə radionu qoşur. Qalan 1% isə KİV-ə çox güvənməyib dost-tanışlara müraciət edir.