Фоторепортаж|Видео|Azərbaycanca

Футбол

Borussia Qarabağ`a DÖrDmundu göstərdi

20 августа 2010 02:25
Bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın "Borussia" (Dortmund) klubu Azərbaycanın "Qarabağ" komandasını öz meydançasında qəbul etdi. Azerisport.az xəbər verir ki, oyun 4:0 hesabı ilə meydan sahiblərinin xeyirinə bitdi.
 
Oyun haqqında nə demək olar... Ümumiyyətlə "oyun" sözünü "Qarabağ"-a aid etmək də düzgün deyil. Oyun təkcə birinci hissənin 10 dəqiqəsinə kimi  oldu. 12-ci dəqiqədə isə "Borussia" ilk qolu vurdu. Və bundan sonra ağdamlıların heyətində nəsə baş verdi... Komanda elə bil ki "söndü"... Dalbadal səhvlər və bunun nəticəsində dalbadal qollar. Demək olar ki, hər on dəqiqədə bir qol buraxılırdı. Heç ən dəhşətli yuxuda da bu cür biyabırçı oyunu təssəvvür edə bilməzdik! Komandanın oyunu yox idi. İlk dəfədir ki "Qarabağ"-ın oyunu bu cür neqativ hisslər bağışladı. Taktiki cəhəddən hər şey yerində idi. Qurban Qurbanova heç bir irad yoxdu. Lakin meydançada olan futbolçular özlərini sanki itirmişdi. Emin İmaməliyevin növbəti kobud səhvi, top Barriosa gəlir, zərbə və Fərhad Vəliyev komanda yoldaşını "səhvlər dünyasında" tənha saxlamır – qol və 2:0. Bu qol komandanı deyəsən tam ruhdan saldı... Çünki bundan sonra vurulan qollar təmamiylə müdafiənin səhvləri idi. Hər iki top başla vuruldu və hər iki qolu vuranlar (Barrios və Kaqava) bu məqamda tək tənha qalırdılar. Nəyə görə oyunçularımız özlərini itirdi? Nəyə görə hər rəqib oyunşusunu iki nəfərlə saxlayaraq məhz top gələn oyunçunu isə tənha buraxırdılar? Bu suallara cavab hardasa yolda itib... Yoxdur. Əlbətdə, heç kəs gözləmrdi ki, "Borussia" ancaq müdafiədə oturacaq və topu "Qarabağ"-a verəcək. Lakin heç kəs bu cür oyunu "Qarabağ"-dan gözləmirdi. 4:0 hesabı ilə uduzmaq olar, lakin belə oyunla yox. Ümumiyyətlə "Borussia"-nın oyunçuları nə istəyirdi, onu da edirdilər. Hərdən bir elə bilinirdi ki, top özü almanların ayağına gəlirdi. Demək olar ki "Qarabağ"-ın hər bir ötürməsi gəlib çıxırdı rəqib komandasının oyunçusunun ayağına. Ötürmələrdə səhv hər zaman olmurdu. Lakin səhv olmuyanda da top məhz "Borussia"-nın oyunçusuna gəlirdi. İkinci hissədə isə yeganə dəyişən məqam o oldu ki, almanlar artıq motivasiyasını itirdilər. Dörd top birinci hissədə - demək olar ki hər iki oyun həll olunub. Lakin digər tərəfdən, unudmaq lazım deyil ki, əgər hansısa komanda bir hissə ərzində 4 top vurur, bu demək deyil ki, digər komanda bu qədər qol vura bilməz.
 
Futbolçularımızın özünü itirməsindən başqa digər bir məqam da diqqət çəkdi. Nəyə görə uzaqdan zərbə endirmirdlər? Bir neçə il bundan əvvəl Roman Vaydenfeller əla qapıçı idi, hətta Almaniya çempionatın simvolik yığmasında da yer almışdı. Lakin indi bu qapıçı o səviyyədə deyil. Misal üçün, birinci hissənin əvvəlində Adamiyanın zərbəsindən sonra qapıçı özündən sağ küncü bağlaya bilmədi. Və əgər top bir neçə santimetr də qapı istiqamətinə yönəlsə idi, qol ola bilərdi. Ancaq bütün oyunda bu yeganə məqam idi ki, ağdamlılar uzağdan zərbə endirdilər.
 
Və bir məqamı da qeyd etmək lazımdı. Kim nə deyir desin, amma Əfran İsmayılovun yersiz zədəsi komandaya çox təsir etdi. Siz özünüz də gördünüz ki, sağ cinah təmamiylə "ölmüşdü". Və hətta hamının dilinə bir sual gəlirdi: "Sağ cinahda həyat varmı?". Emin İmaməliyev öz vəzifəsinin öhdəsindən gələ bilmirdi. Maksim Medvedevə isə ümumiyyətlə irəli getməyə imkan vermirdilər. Etiraf etməliyik ki, bütün komanda, 11 oyunçu bu gün heç özlərinə oxşamırdılar.
 
Yeganə ümidimiz avqustun 26-sı Bakıda keçiriləcək oyuna qalır. Komandanı vaxtından əvvəl "basdırmaq" lazım deyil! Düzdü, 4:0 elə hesab deyil ki, cavab oyuna ümidlə baxasan. Lakin bundan başqa çıxışımız yoxdur. Təslim olmaq isə bizə yaraşmaz!
 
Sonda isə oyun barəsində bir şey demək olar: Borussia Qarabağ`a DÖrDmundu göstərdi.

Другие новости этого раздела

Туран-Товуз принимает Шамахы25 апреляРепетиция финала и шансы отыграться за вылет25 апреляАзербайджан разгромил Боснию и Герцеговину24 апреляАН забил 15 голов, Нефтчи обыграл лидера, Шуша победила аутсайдера24 апреляДе Блекере оправдал некоторые судейские решения в матче Карабах – Араз-Нахчыван24 апреляМингячевир учинил разгром, ГЛ переиграл Дифаи24 апреляМатч Сабах – Карабах доверили Гурбанову24 апреляВ матче Сабах – Нефтчи зафиксирован рекорд сезона24 апреляКади: Карабах заслуженно вышел в финал24 апреляДмитрий Крамаренко: Может, это и правильно, так как в МПЛ Сабаху мало что светит24 апреляНюрнберг поставил цель: Эмрели должен остаться24 апреляПатрик АНДРАДЕ: Заметил, что решения судей в пользу Карабаха всегда вызывают недовольство у соперников24 апреляСархан Гаджиев представит АФФА на мероприятии с участием Эрдогана и Чеферина24 апреля«Милли» узнала время встречи с Венгрией24 апреляЮри Матиас: Не понимаю, какие у них со мной проблемы24 апреля
25 апреля00:19 Еще трое дзюдоистов стартуют на ЕВРО00:10 Туран-Товуз принимает Шамахы00:01 Репетиция финала и шансы отыграться за вылет24 апреля23:14 Азерйол уверенно одолел Карабах22:45 Наставник Абшерона назвал рецепт успеха в серии, а рулевой Нахчывана отметил отсутствие лидера22:26 Азербайджан разгромил Боснию и Герцеговину21:16 Как Абшерон вырвал победу в серии 21:04 Абшерон пробивается в полуфинал 21:01 Сенсация дня: Нахчыван не сумел выйти в полуфинал19:39 Магомед Абдуллаев сойдется с российским боксером19:27 АН забил 15 голов, Нефтчи обыграл лидера, Шуша победила аутсайдера19:12 Мамедалиев завоевал бронзу на ЕВРО19:03 Де Блекере оправдал некоторые судейские решения в матче Карабах – Араз-Нахчыван18:55 Мингячевир учинил разгром, ГЛ переиграл Дифаи18:44 Сади ГУЛИЕВ: Вполне возможно, что в будущем подобные соревнования пройдут в Ханкенди18:22 Матч Сабах – Карабах доверили Гурбанову18:10 Эмин Амруллаев встретился с генсеком ФИБА17:34 Лидер сборной Азербайджана выступит в США17:19 Азеррейл сохранил титул чемпиона17:12 В матче Сабах – Нефтчи зафиксирован рекорд сезона16:45 Кади: Карабах заслуженно вышел в финал16:17 Азербайджанский самбист стал третьим на ЕВРО16:07 Зарецка продолжает возглавлять мировой рейтинг15:37 Дмитрий Крамаренко: Может, это и правильно, так как в МПЛ Сабаху мало что светит15:02 Армения обдумывает свое участие в Играх стран СНГ в Азербайджане14:34 Нюрнберг поставил цель: Эмрели должен остаться14:03 Патрик АНДРАДЕ: Заметил, что решения судей в пользу Карабаха всегда вызывают недовольство у соперников13:50 Сархан Гаджиев представит АФФА на мероприятии с участием Эрдогана и Чеферина13:42 Азербайджанское трио на Большой шлем11:42 «Милли» узнала время встречи с Венгрией11:38 Юри Матиас: Не понимаю, какие у них со мной проблемы11:12 Эльдар Гулиев: Карабах тоже не сразу стал занимать первые места10:50 Сабах стал 19-м в Кубке, Нефтчи – лидер ничьих10:35 Гара ГАРАЕВ: Судьи трактуют по-своему. Подходишь, они говорят, что там не было жесткости или соперник сыграл первым10:12 Туран-Товуз хочет сохранить легионера в составе00:01 Исторический Сабах, недостаток сил Нефтчи и судейская помощь Карабаху23 апреля23:42 Ничья с путевкой для Сабаха в финал 23:11 Василий Березуцкий: Если я приглашу Леонида Слуцкого на финал, он с удовольствием приедет22:35 Самир Абасов: Все думал, что вот бы те, кто вышел в стартовом составе, доиграли до конца22:01 Исторический матч Сабаха 
Архив
Sabah