XL-ın fanatlarından Neftçi`nin azərkeşlərinə mesaj
24 октября 2010 12:16

Azərbaycanın "Xəzər-Lənkəran" klubunun "12-ci oyunçu" fan-klubu "Neftçi"-nin azərkeşlərinə sərt mesaj ünvanladı. Azerisport.az xəbər verir ki, XL fanatları "Neftçi" – "Gəncə" oyununa toxunaraq, paytaxt təmsilçisinin azərkeşlərindən narazı qaldı.
"Ötən turda Gəncə şəhər stadionunda keçirilən oyunda komandamız böyük hesabla məğlub oldu. Stadionda oyunu minlərlə azarkeş izləyirdi ki,bunların da 95% yerli azarkeşlər idi. İstər oyun zamanı istərsə də oyundan sonra heç bir yerli azarkeş, qonaq komandanın azarkeşlərinə qarşı aqressiv hərəkət etmədi. Baxmayaraq ki, "Gəncə" komandası böyük hesabla "Xəzər Lənkəran"-a qalib gəlmişdi, yerli azarkeşlər, həmçinin "Kəpəz" və "Xəmsə" fan klublarının üzvləri, heç də "Neftçi” fanatları kimi bizim ünvanımıza təhqiramiz şüarlar səsləndirmədilər. Bu da onların azarkeş mədəniyyətinin yüksək olmasından irəli gəlirdi.
Son turda T.Bəhrəmov satdionunda keçirilən və "Gəncə" üzərində "Neftçi"-nin böyük hesablı qələbəsi ilə bitən oyunda paytaxt klubunun fanatları yenidən öz köhnə əməllərini təkrar etdilər.Beləki, onlar "Gəncə" fanatlarının ünvanına təhqiramiz ifadələr səsləndirərək dava-dalaş yaratmağa çalışmışlar və sonda istəklərinə çatmışdılar.
Dəfələrlə "Neftçi" fanatlarının vəhşiliklərinə məruz qalan Lənkəranlı azarkeşlər olaraq biz, hadisənin səbəbkarlarını və onların əməllərini pisləyirik.
Oktyabrın 23-də T.Bəhrəmov stadionunda baş verən hadisə bir daha "Neftçi” fanatlarının kim olduğunu göstərdi. Güman edirik ki, artıq onların bu hərəkətlərinə mətbuatın və futbol ictimaiətinin münasibət birdirməsinin vaxtı çatmışdır", - fan-klubun saytında bildirilir.