Nazim Süleymanov Rəvan`ı təriflədi, qazondan şikayətləndi
8 декабря 2010 17:18

AZAL-ın baş məşqçisi Nazim Süleymanov bu gün keçirilən ölkə kubokunun 1/8 final mərhələsinin Rəvan`la oyunu haqda fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesablı qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Kubok oyunu avrokuboklarda çıxış etmək üçün ən qısa yoldur. Baxmayaraq ki, bu gün biz birinci divizionda mübarizə aparan Rəvan`la qarşılaşırdıq, bu komanda çox xoş təsir bağışladı. Mən Rəvan`a birinci divizionda uğurlar arzu edirəm və onlara Preymer Liqaya vəsiqə qazanmağı arzulayıram. Lakin meydançanın vəziyyəti çox bərbad vəziyyətdə idi. Belə qazonda nəinki futbol oynamaq, heç gəzmək də olmur. Təəssüf ki, bizdə normal stadionlar yoxdu”.