Valeri Qazzayev klub prezidenti oldu
12 января 2011 00:26

Rusiya milli komandasının sabiq baş məşqçisi Valeri Qazzayev klub prezidenti olub. Azerisport.az xəbər verir ki, tanınmış mütəxəssis `Alaniya` futbol klubuna rəhbər seçilib.
Bu haqda məlumat klubun rəsmi saytı vasitəsilə də təsdiqlənib. Nəticədə Qazzayev 12 ildən sonra Premyer Liqanı tərk etmiş komandaya qayıdıb. Qeyd edək ki, Qazzayev 1994 – 1999-cu illərdə baş məşqçi kimi çalışdığı Vladiqafqaz təmsilçisiylə 1995-ci ildə Rusiya çempionluğunu əldə edib.
Artıq yeni prezident əməli fəaliyyətə də başlayıb. Onun ilk işi isə, oğlu Vladimir Qazzayevi `Alaniya`ya baş məşqçi təyin etməsi olub. Ata Qazzayev bildirib ki, hazırkı baş məşqçi Vladimir Şevçuku oğluyla əvəzləyəcək.