14 января 2011 12:38
AFFA 43 hakimimizi Antalyaya göndərir
Yanvarın 15-dən 29-dək Türkiyənin Antalya şəhərində hakimlərin təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq hazırlıq prosesinə cəlb olunan hakimlərin siyahısı da müəyyənləşib.
AFFA qardaş ölkədə baş tutacaq hazırlıqlara 21 referi, 22 yan xətt hakimi göndərir. Onların siyahısı ilə sizi də tanış edirik:
Referilər: Vüsal Əliyev, Fariz Yusifov, Rövşən Əhmədov, Anar Salmanov, Əfqan Həmzəyev, Elnur Muradov, Rəhim Həsənov, Ramil Diniyev, Rauf Cabbarov, Ceyhun Haşımov, Əliyar Ağayev, Hacıəli Ağayev, Orxan Məmmədov, Ramil Əhmədov, Elvin Əsgərov, Alik Yunusov, Teymur Fərhadov, Səbayel Qurbanova, Yusif Nurullayev, Fuad Həsənov, İnqilab Məmmədov.
Referi köməkçiləri: Elman Musayev, Vaqif Musayev, Mehman Mahmudov, Mübariz Haşımov, Samir Hacıyev, Zeynal Zeynalov, İlham Əliyev, Azər Əsgərov, Roman Vasilyev, Aleksandr Musatkin, Yaşar Abbasov, Coşqun Həsənov, Elşən Acalov, Knyaz Əmiraslanov, Rza Məmmədov, Rahil Ramazanov, Munis Abdullayev, Yuliya Larionova, Maya Nəbiyeva, Nahid Əliyev, Gülyana Güvəndiyeva, Ramiz Əsədov, Namiq Hüseynov.