ÇL-in ikinci təsnifat mərhələsinə yekun vuruldu (YENİLƏNİB)
21 июля 2011 01:35

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq qitənin ən nüfuzlu klub turnirinin görüşləri yenə iki günə bölüşdürülüb.
Azərbaycan çempionu “Neftçi”nin də iştirak etdiyi turnirin bu mərhələsində təmsilçimizin oyunundan əlavə daha 16 qarşılaşma baş tutub. Bunlardan 12-si ilk oyun gününə təsadüf edib.
Qeyd edək ki, bu mərhələnin ilk qarşılaşmalarının əksəri böyük hesablarla başa çatmışdı. Təəssüf ki, belə məğlubiyyətlərdən biri də Azərbaycan çempionu "Neftçi"nin bəxtinə düşmüşdü. Nəticədə artıq cütlərin əksərində növbəti mərhələyə hansı komandaların adlayacaqları məlum idi. Lakin cavab görüşlərindən sonra artıq "Neftçi" ilə yanaşı daha bir neçə komandanın turnirlə erkən vidalaşması rəsmiləşib. Yeri gəlmişkən, komandamızı mübarizədən kənarlaşdıran "Dinamo"nun növbəti mərhələdəki rəqibi olan HJK "Bangor City" üzərində doğma meydanda fantastik hesabla - 10 cavabsız qolla qələbə qazanıb.
Qalan 5 görüş isə ikinci oyun günü keçirilib. Elə bu oyunlar arasında da ciddi sensasiya yaşanmayıb. Beləcə, ÇL-in ikinci təsnifat mərhələsinə yekun vurulub.
Onu da xatırladaq ki, turnirin birinci təsnifat mərhələsində cəmi iki qarşıdurma olmuşdu və cırtdan ölkə təmsilçilərinin duellərinin ən güclüləri adına yiyələnən Malta “Valleta”sı ilə Lüksemburqun “Dudelange” klubları çıxışını davam etdirmək hüququ qazanmışdı.
ÇL-in ikinci təsnifat mərhələsinin bütün cavab oyunları, qeydə alınan nəticələr, eləcə də mübarizəni dayandıran və növbəti mərhələyə adlayan komandalarla sizi də tanış edirik. Qeyd edək ki, adları qara hərflərlər fərqləndirilən komandalar üst tura adlayanlardı.
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi
İlk oyunlar
19 iyul
Flora (Estoniya) - Shamrock Rovers (İrlandiya) - 0:0 (ilk oyun 0:1)
Dudelange (Lüksemburq) - Maribor (Sloveniya) - 1:3 (0:2)
Qollar: Daniel de Mota, 54 - Mezqa, 27; 76-pen, Beriç, 72.
Tobol (Qazaxıstan) - Slovan (Slovakiya) - 1:1 (0:2)
Qollar: Stepanovski, 62-öz qapısına - Kladrubski, 16.
Neftçi (AZƏRBAYCAN) - Dinamo (Xorvatiya) - 0:0 (0:3)
Ekranas (Litva) - Valletta (Malta) - 1:0 (3:2)
Qol: Dedura, 5.
HJK (Finlandiya) - Bangor City (Uels) - 10:0 (3:0)
Qollar: Rinq, 38, Sadik, 45, Zeneli, 47; 54, Rafinya, 52, Pukki, 65; 68, Kastrati, 66; 88, Parikka, 71.
BATE (Belarus) - Linfield (Şimali İrlandiya) - 2:0 (1:1)
Qollar: Nexayçik, 58, Pavlov, 61.
Litex (Bolqarıstan) - Mogren (Çernoqoriya) - 3:0 (2:1)
Qollar: Zanev, 3, Todorov, 49-pen, Yanev, 80.
Torshavn (Farer adaları) - Malmö (İsveç) - 1:1 (0:2)
Qollar: Benyaminsen, 71 - Fiqueyredo, 90+2.
Viktoria (Çexiya) - Punik (Ermənistan) - 5:1 (4:0)
Qollar: Bakoş, 38; 42, Kolar, 45+1; 57, Pilar, 90+1 - Malakyan, 49.
Wisla (Polşa) - Skonto (Latviya) - 2:0 (1:0)
Qollar: Maleçki, 51, İliev, 64.
Skendija (Makedoniya) - Partizan (Serbiya) - 0:1 (0:4)
Qol: Yovançiç, 68.
20 iyul
APOEL (Kipr) - Skënderbeu (Albaniya) - 4:0 (2:0)
Qollar: Solari, 59, Aylton, 66, Adorno, 80, Çaralambides, 86.
Dacia (Moldova) - Zestafoni (Gürcüstan) - 2:0 (0:3)
Qol: Popoviç, 20, Orbu, 90+2pen.
Videoton (Macarıstan) - Sturm Graz (Avstriya) - 3:2 (0:1)
Qollar: Elek, 27, Sandor, 32, Liptak, 45+2 - Holsl, 28, Feldhover, 39.
Breidablik (İslandiya) - Rosenborg (Norveç) - 2:0 (0:5)
Qollar: Makallister, 28, Steyndorsson, 84.
Borac (Bosniya və Herseqovina) - Maccabi (Hayfa, İsrail) - 3:2 (1:5)
Qollar: Kruniç, 9; 34, Vidakoviç, 84 - Dvalişvili, 24; 54.