14 декабря 2011 00:06
17-ci turun oyunlarına hakim təyinatları açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında 17-ci turun oyunlarına təyinatlar açıqlanıb. Azerisport.az növbəti turun təyinatları ilə sizi də tanış edir.
Qeyd edək ki, 17-ci turun oyunları üç günə keçiriləcək. İlk oyun günündə iki görüş baş tutacaq. İkinci oyun günündə 3 qarşılaşma baş tutmalıdı. Hesabat turuna cümə günü baş tutacaq 1 oyunla yekun vurulacaq.
Təyinatlara gəlincə, görüşlərdən ikisini zərif cinsin nümayəndələri idarə edəcək. Belə ki, "Qarabağ" - "Rəvan" oyunu Səbayel Qurbanovaya, AZAL - "Simurq" görüşü isə Venera Kahriçə tapşırılıb. "İnter" - "Neftçi" matçında isə adətən elita oyunlarına təyinat alan Elvin Əsgərov göndərilib.
Bütövlükdə, növbəti turun proqramı aşağıdakı kimidi:
Əvəzedicilərin çempionatı
17-ci tur
14 dekabr (çərşənbə)
Bakı - Sumqayıt Şəhər
Hakimlər: Orxan Məmmədov, Elxan Əsgərzadə, Akif Əmirəli, Elxan Müslümov.
Hakim-inspektor: Nazim Əliyev.
Bakı. "Bakı" futbol klubunun təlim-məşq bazasının süni örtüklü meydançası. Saat 14:00
Turan - Qəbələ
Hakimlər: Tahir Əhmədov, Təhmasib İsmayılov, Teymur Teymurov, Taleh Məmmədov.
Hakim-inspektor: Rufulla Kərimov.
Qaraxanlı. Qəsəbə stadionu. Saat 14:00
15 dekabr (cümə axşamı)
Kəpəz - Xəzər Lənkəran
Hakimlər: Ramil Əhmədov, Eyyub İbrahimov, Azad Ə. Hüseynov, Anar Heydərov.
Hakim-inspektor: Abdulla Məmmədov.
Gəncə. Şəhər stadionu. Saat 12:00.
AZAL - Simurq
Hakimlər: Venera Kahriç, Ülviyyə Mustafayeva, Gülyana Güvəndiyeva, Mahir Məmmədov.
Hakim-inspektor: Rəhman Tağıyev.
Bakı. AZAL Arena. Saat 14:00
Qarabağ - Rəvan
Hakimlər: Səbayel Qurbanova, Maya Nəbiyeva, Yuliya Larionova, Xalid Quliyev.
Hakim-inspektor: Aydın Gözəlov.
Bakı. "Şəfa" stadionu, IV meydança. Saat 14:00.
16 dekabr (cümə)
İnter - Neftçi
Hakimlər: Elvin Əsgərov, Ruslan Quliyev, Elman Kərimov, Elgün Hüseynov.
Hakim-inspektor: Hafiz Əliyev.
Bakı. "Şəfa" stadionu. Saat 13:00.