Mura şoku davam edir
11 августа 2012 01:37

Ötən gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2012-2013 mövsümünün 2-ci turuna start verildi. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutdu.
İlk turda “Neftçi” ilə oyunu təxirə salınan “Bakı” mövsümün debüt oyununa çıxdı və startda “Qəbələ”dən bir xal alan “Simurq”u qəbul etdi. Avropa Liqasında uğursuz çıxış edən “zolaqlılar” Premyer Liqaya da qələbə ilə başlaya bilmədilər. 90 dəqiqə ərzində qapılara qol vurulmadı və komandalar meydandan 1 xalla ayrıldılar. Görünür, paytaxt təmsilçisi hələ də “Mura” (Sloveniya) şokundan ayıla bilməyib.
“Qəbələ” isə doğma meydandakı ilk oyununda “İnter”lə qarşılaşdı. Bölgə təmsilçisi azarkeşlərinin gözü qarşısında keçirdiyi ilk oyunda meydandan bir xalla ayrıldı. Qələbə qoluna isə komandanın yeni transfer Lorival Assis imza atdı.
“Xəzər Lənkəran” isə doğma meydanda ilk oyununu möhtəşəm qələbə ilə qeyd etdi. İlk turda “Turan”a yenilən “Kəpəz”lə oyunun taleyini lənkəranlılar elə birinci hissədə həll etdilər. Manuel Skarlatake, Ruslan Abışov, Adrian Pit və Robert Alvizin ilk 45 dəqiqədə vurduğu 4 qol matçın yekun nəticəsisini müəyyənləşdirdi.
Qeyd edək ki, tura bu gün baş tutacaq üç oyunla yekun vurulacaq. AZAL “Rəvan”ı, “Turan” “Sumqayıt”, “Qarabağ” “Neftçi”ni qəbul edəcək.
Premyer Liqa
2-ci tur
10 avqust (cümə)
XƏZƏR LƏNKƏRAN - KƏPƏZ - 4:0
Qollar: A.Skarlatake, 15 (1:0), R.Abışov, 22 (2:0), A.Pit, 34 (3:0), R.Alviz, 39 (4:0).
Sarı vərəqələr: Təbriz Hüseynli, 47 (qeyri-idman hərəkəti), Fərid Həşimzadə, 90 (hakimə etiraz).
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, İsgəndər Əliyev, Fərid Məmmədov
AFFA nümayəndəsi:Ramiz Abdullayev.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
10 avqust 2012. Lənkəran şəhər mərkəzi stadionu. 5500 tamaşaçı.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 5. Elnur Allahverdiyev, 6. Robert Alviz (10. Elnur Abdullayev, 60), 7. Sadio Tounkara (42. Kamran Abdullazadə, 75), 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 15. Ruslan Abışov (55. Ağabala Ramazanov, 77), 16. Adrian Pit, 14. Rahid Əmirquliyev (k), 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Alim Qurbanov, 17. Kazım Kazımlı, 4. Akif Tağıyev.
Baş məşqçi: Yunis Hüseynov.
Kəpəz: 22. Tural Abbaszadə (1. İvan Radoş, 45), 5. Əli İsmayılov (k) (7. Pərvin Paşayev, 28), 15. Şahin Kərimov, 24. Fərid Həşimzadə, 66. Lyuba Baranin, 18. Nikolay Svejentsev, 3. Təbriz Hüseynli, 10. Armand Feutçin, 6. Məhərrəm Hüseynov, 9. İrakli Beraya (11. Qoqa Beraya, 81), 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 2. Ceyhun Əhmədov, 4. Azər Məmmədov, 19. Sərxan İsmayılov, 8. Elvin Həsənəliyev.
Baş məşqçi: Fuad İsmayılov.
BAKI - SİMURQ - 0:0 (0:0)
Sarı vərəqələr: İlkin Qırtımov, 60 (oyunun bərpasını gecikdirdiyi üçün), Qərib İbrahimov, 77 (rəqibi tutduğuna görə), Rasim Ramaldanov, 90+3 (oyunun bərpasını gecikdirdiyinə görə).
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Coşqun Həsənov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Xəqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
10 avqust 2012. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu. 600 tamaşaçı.
Bakı: 82. Edin Nuredinovski, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski (22. Evangelos Mantzios, 65), 8. Junior Xavier Vilson (36. Uinston Parks, 83), 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 38. Namiq Ələsgərov, 77. Aleksandar Soliç (10. Lukas Mario Horvat, 55).
Ehtiyat oyunçular: 93. Elxan Əhmədov, 5. Duje Bakoviç, 20. Elşad Manafov, 99. Rəhman Hacıyev.
Baş məşqçi: Bojidar Bandoviç
Simurq: 22. David Petşkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 13. Aleksandr Şemonayev, 14. Asif Mirili, 9. Marçin Burkhard, 15. Stepan Polyak, 21. Murad Səttarlı (19. Nicat Qurbanov, 72), 8. Qərib İbrahimov (7. Ruslan Poladov, 89), 79. Nenad Stoyanoviç, Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 17. Rüstəm Məmmədov, 24. Mehman Məmmədov, 20. Rəşad Əyyubov, 18. Qafar Qafarov.
Baş məşqçi: Georgi Çixradze.
QƏBƏLƏ - İNTER - 1:0 (1:0)
Qol: L.Assis, 14 (1:0).
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 65 (qeyri-idman hərəkəti), Dodo, 86 (qeyri-idman hərəkəti) - Georgi Adamia, 55 (qeyri-idman hərəkəti), Tales Şutz, 57 (simulyasiya).
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Azər Əsgərov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
10 avqust 2012. Qəbələ. Şəhər stadionu. 2000 tamaşaçı.
Qəbələ: 25. Kosta Silva Dieqo, 8. Bruno Da Silva, 10. Dodo, 11. Yannik Kamanan (9. Viktor Mendi, 62), 15. Kalabane Umar, 18. Aleksandr Çertoqanov (k), 22. Lorival Assis (21. Elmar Baxşıyev, 70), 27. Rəşad Abdullayev (3. Vurğun Hüseynov, 87), 94. Murad Musayev, 84. Deyan Kelhar, 88. Nodar Məmmədov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 20. Rəşid Əmiraslanov, 23. Şəhriyar Xəlilov, 99. Amil Yunanov.
Baş məşqçi: Fatih Kavlak.
İnter: 1. Giorgi Lomaya, 5. Slavço Georgiyevski, 10. Georgi Adamiya, 11. Asif Məmmədov (8. Nizami Hacıyev, 69), 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 23. Tales Şütz, 47. Abdulla Abatsiyev, 77. Ruslan Əmircanov (21. Arif Daşdəmirov, 88), 87. Haynts Barmettler (28. Baçana Tsxadadze, 72).
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 6. Samir Zərgərov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse.
Baş məşqçi: Kaxaber Tsxadadze.
N
O
Q
H
M
T-F
X