Фоторепортаж|Видео|Azərbaycanca

Футбол

“Artıq Azərbaycanda heç bir problemim yoxdu”

7 февраля 2013 00:26
Azerisport.az sizi “Bakı”nın müdafiəçisi Edemir Rodriqesin “Toplu Bakı” jurnalına müsahibəsi ilə tanış edir.
 
- Edemir, uşaqlığın necə keçib?
- Uşaqlığım çox yaxşı keçib, yaddaqalan olub. Ailədə 9 uşaq olmuşuq. Hamımız da çox mehriban olmuşuq, ailədə həmişə birlik olub. Uşaqlığımız da, demək olar, küçələrdə futbol oynamaqla keçib.
 
- Bəs uşaqlıqda necə uşaq olmusan - sakit, yoxsa nadinc?
- (Gülür). Ohoo, çox e çox. Həddindən artıq nadinc uşaq olmuşam.
 
- Kiminləsə dalaşdığın vaxtlar olub?
- Çox olub. Uşaq vaxtı belə şeylər normal qarşılanır.
 
- Az öncə qeyd etdin ki, ailədə 9 uşaq olmusunuz. Məlum məsələdir ki, çoxuşaqlı ailələrdə həmişə müəyyən problemlər olur. Xüsusən də maddi cəhətdən evin başçısı üçün ailənin ehtiyaclarını təmin etmək çətin olur. Maraqlıdır, Edemir Rodrigesin ailəsində hansı çətinlikləri olub?
- Heç bir çətinliyimiz olmayıb. Daha doğrusu, atam əlindən gələni edib ki, bizim üçün heç bir çətinlik olmasın. O, bizim üçün bir çox çətinliklərə qatlaşıb, bizim yolumuzda hər şey edib. Biz də öz növbəmizdə atamızı həmişə özümüzə örnək saymışıq, həmişə çalışmışıq ki, onun kimi olaq.
 
- Uşaq vaxtlarından futbol həvəskarı olduğunu, gününün məhlədə top qovmaqla keçdiyini dedin. Maraqlıdır, bəs, peşəkar futbola gəlişin necə olub?
- Peşəkar futbola elə məhlə futbolundan gəlmişəm. Az öncə dediyim kimi, uşaqlığımız küçələrdə futbol oynamaqla keçərdi. Hətta futbola o qədər aludə olmuşdum ki, oxumaq da yaddan çıxmışdı. Dərslərə demək olar, fikir vermirdim, məktəbə getmirdim. Bütün bunların da nəticəsində elə oldu ki, axırda oxumamaq üstündə məni məktəbdən də çıxardılar.
 
- Bəs, futbolu öz istəyinlə seçmisən, yoxsa kiminsə məsləhəti burada rol oynayıb?
- Yox, öz istəyimlə gəlmişəm. Çünki futbolçu olmaq mənim uşaqlıq arzum olub. Bayaq da vurğuladım ki, uşaqlıqdan günümüz məhəllədə futbol oynamaqla keçərdi. Bütün dost-tanış, qohumlar- hamımız bir yerdə olurduq. Elə oldu ki, sonradan bu həvəs məni futbol bölməsinə gətirib çıxardı.
 
- Artıq neçə ildir ki, futboldasan. Bu müddət ərzində ola bilməz ki, başına maraqlı hadisələr gəlməsin. Futbolla bağlı başına gələn ən maraqlı hadisəni bizə danışa bilərsən?
- Futbolla bağlı başıma gələn ən maraqlı hadisə elə “Bakı”ya keçdikdən sonra olub. Yeni gəldiyim vaxtlarda dillə bağlı da ciddi problemim olduğundan oyunlarda komanda yoldaşlarımla yaxşı anlaşa bilmirdim. Oyunların birində maraqlı bir əhvalat yaşandı ki, indi onu sizə də danışacam. Deməli, De-vidas Çesnauskis mənə demişdi ki, nə vaxt irəli çıxmaq istəsən, mənə de ki, “go, go”, mən çıxım qabağa, sənə də dəhliz açılsın, arxadan hücuma qoşul. Epizodların birində mən Çesnauskisə yox, müdafiəçimiz Denis İvanovsa dedim ki, çıxaq qabağa. Yəni, orada hücuma qoşulmaq yox, sadəcə, bir qədər müdafiədən irəli çıxmaq lazım idi. Mən İvanovsa “go, go” qışqıranda Çesnauskis də elə bildi ki, ona deyirəm və mövqeyini qoyub  qabağa şığıdı. Təsəvvür edin, necə mat qalmışdım. İndi ona deyə bilmirəm ki, getmə, səninlə deyiləm, digər tərəfdən də Devidasın mövqeyi boşalıb, hər an əks hücumda bizi tuta bilərlər. Bax, bu əhvalat maraqlı əhvalat kimi yadımda qalıb.
 
- Karyeran ərzində ən yadda- qalan hansı oyunu hesab edirsən?
- İki oyunu qeyd edə bilərəm. Bunlardan biri Boliviya yığmasının heyətində keçirdiyim ilk oyundur. Digər oyun isə Libertadores kuboku çərçivəsində “Bolivar”ın heyətində “Palmeyras”a qarşı oyun olub. Həmin oyunda Dünya çempionu Markoya qol vurduğumu da qeyd edə bilərəm.
 
- Artıq bir müddətdir ki, Azərbaycandasan, Bakıda yaşayırsan. Bakı necə şəhərdir, xoşuna gəlir?
- İlk 6 ayda çox çətin oldu. Çünki ailəmdən uzaqda idim və onlar üçün darıxırdım. Həm də karyeramda ilk dəfə idi, belə halla üzləşdiyimdən ikiqat çətin idi. Ancaq indi artıq heç bir problem yoxdur, ailəm də yanımdadır. İnanıram ki, növbəti 6 ay daha uğurlu keçəcək.
 
- Azərbaycanın bölgələrində olmusanmı və olmusansa, hansı bölgəni daha çox bəyənmisən?
- Təbii ki, olmuşam və deyərdim ki, Qəbələni çox bəyənmişəm. Gözəl yerdir, səfalı təbiəti var və eyni zamanda futbol oynamaq üçün də orda bütün şərait var. Bu mənada orada futbolu daha yaxşı inkişaf etdirmək olar.
 
- İndi isə oxucular üçün daha da maraq doğuracaq suallara keçək. Etiraz etmirsən?
- Buyurun, problem yoxdu.
 
- Ən sevimli futbolçun?
- Kafu.
 
- Hansı parfümdən daha çox istifadə edirsən?
- Konkret bir marka yoxdur ki, deyim, adətən, ondan istifadə edirəm. Yəni belə, hansı əlimə keçdi, ondan da vururam (gülür).
 
- Ən çox bəyəndiyin avtomobil markası?
- Nissan və Mitsubisi modellərini daha çox bəyənirəm.
 
- Bəs özün hansı modeli sürürsən?
- Hazırda maşınsızam, maşınımı satmışam.
 
- Azərbaycanda yoxsa, Boliviyada?
- Boliviyada.
 
- Ən çox hansı milli komandanın oyununu bəyənirsən?
- Braziliya yığmasının. Bir də öz milli komandamızın oyunun bəyənirəm. Düzdür, bir vaxtlar heç də yaxşı nəticələr göstərmirdi ki, bu da azarkeşlərimizi məyus edirdi. Ancaq deyərdim ki, son zamanlar Boliviya millisinin oyununda da irəliləyiş, inkişaf var və ümid edirəm ki, yaxın gələcəkdə hər şey bundan da qat-qat yaxşı olacaq.
 
- Bəs, ən çox hansı klubu bəyənirsən?
- “Flamenqo”.
 
- Sonda. Messi, yoxsa Ronaldo?
- Messi.

Другие новости этого раздела

Литовский подход для сов21 июняМасиев назначен на матч четвертьфинала молодежного ЕВРО20 июняКарабах подписал бразильского хавбека20 июняСабах сыграет с клубами Румынии и Венгрии20 июняВильд-Дональд Герье: Зире не повезло со жребием20 июняОбъявлен состав «милли» на матчи с Беларусью20 июняВ Карване готовятся к «элите»: Постараемся проводить домашние встречи в Евлахе20 июняНаджаф и Фараджуллаев – на саммите ФИФА20 июняХайдуку напомнили о провалах: Нужно быть очень осторожными с Зире20 июняНефтчи отправится в Польшу и проведет четыре матча. Известны два соперника20 июняАН договорился с еще двумя20 июняИсполком АФФА выбирает российского тренера20 июняСабах представил нового главного тренера20 июняПосле Италии и Сан-Марино – в 1-ю Лигу20 июняПеред Зире Хайдук испытает себя с клубами Австрии, Болгарии и Словении20 июня
21 июня00:15 Шанс «милли» на выход в Финал четырех00:10 Азербайджан стал 9-м в Молдове00:01 Литовский подход для сов20 июня23:52 Азербайджан одержал победу над Фарерами23:09 Масиев назначен на матч четвертьфинала молодежного ЕВРО22:31 Хидаят Гейдаров избран в Комиссию атлетов IJF22:01 Карабах подписал бразильского хавбека20:01 Сабах сыграет с клубами Румынии и Венгрии19:40 Вильд-Дональд Герье: Зире не повезло со жребием19:06 Взгляд из Казахстана на дебютный турнир UFC в Баку: Можно сказать, что мы открыли потенциал Азербайджана18:34 Объявлен состав «милли» на матчи с Беларусью18:06 В Карване готовятся к «элите»: Постараемся проводить домашние встречи в Евлахе17:55 Наджаф и Фараджуллаев – на саммите ФИФА17:34 Азербайджанский боксер: Наш главный турнир в этом году – молодежное ЕВРО17:08 Хайдуку напомнили о провалах: Нужно быть очень осторожными с Зире16:46 Нефтчи отправится в Польшу и проведет четыре матча. Известны два соперника16:13 Ильхам Алиев принял главу UFC16:05 Третья победа Азербайджана в Казахстане15:33 АН договорился с еще двумя15:04 Исполком АФФА выбирает российского тренера14:44 UFC в Баку: исторический момент для Азербайджана и звездный час для местных бойцов14:30 Легенды UFC встретились с Гурбановым и футболистами Карабаха14:04 Победа Коцоева не помогла Азербайджану против Германии на ЧМ13:37 Наставник сборной Азербайджана: Отсутствие лидера негативно повлияло на нас на ЕВРО13:08 Сабах представил нового главного тренера12:44 После Италии и Сан-Марино – в 1-ю Лигу12:10 Перед Зире Хайдук испытает себя с клубами Австрии, Болгарии и Словении11:45 Карван выполнит требование АФФА11:20 Зире и Хайдук узнали место бакинской встречи11:08 Гара ГАРАЕВ: Не самый лучший жребий для нас10:38 Азербайджан завершил ЧМ в топ-1510:14 Наставник сборной Азербайджана оценил победу над Молдовой: У нас коллектив с большим потенциалом00:02 Рамин ГУЛИЕВ: Сабаху нужны хорошие легионеры. Удачный старт в ЛЕ очень важен19 июня23:57 Эльнур Мамедли: Верим, что на бакинском ЧМ наши результаты будут высокими23:06 Второй соперник Шамахы22:54 Арис подписал бельгийского защитника перед матчами с АН22:37 Азербайджан получил знамя IJF20:43 Кокаури не смог выиграть бронзу ЧМ19:57 Азербайджан обыграл Молдову19:36 Полузащитник ТТ: Я бы хотел, чтобы местным игрокам давали больше шансов
Архив
Sabah