Qurban Qurbanov: Bakıdakı oyun bundan da çətin oalcaq
27 февраля 2013 17:12

Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı oldu. Azerisport.az xəbər verir ki, hərəyə bir dəfə fərqlənən tərəflər yekunda heç-heçəylə razılaşmalı oldular – 1:1.
Qarşılaşmadan sonra qonaqların çalışdırıcısı Qurban Qurbanov oyunla bağlı bunları dilə gətirib: “Çox gözəl oyun keçdi. Futbolçular stadionun hər bir qarışı uğrunda sona kimi mübarizə apardılar. Kubok oyunları iki mərhələdən ibarətdir. Bakıdakı oyun bundan da çətin oalcaq. “Qəbələ” standard vəziyyətlərdən yaxşı istifadə edir. “İnter”lə çempionat oyunundan sonra “Qəbələ” ilə cavab oyununu fikirləşəcəyik”.