Neftçi Qarabağa qalib gəldi, XL Bakıya məğlub oldu (YENİLƏNİB)
17 апреля 2013 21:28

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, iki qarşılaşmadan ibarət olan bu mərhələ oyunları eyni gündə baş tutub.
Premyer Liqanın liderləri - “Neftçi” ilə “Qarabağ” “Baksell Arena”da üz-üzə gəlib. Qarşılaşma "ağ-qaralar"ın əzmkar qələbəsi ilə başa çatıb.
Kubokun digər yarımfinal cütündə isə “Bakı” “Xəzər Lənkəran”la qarşılaşıb. Bu oyunda meydan sahibləri son dəqiqələrdə vurulan qolla minimal hesablı qələbəyə seviniblər. "Neftçi" isə "Qarabağ" üzərində əzmkar qələbə qazanıb: 2-1.
Azərbaycan Kuboku
Yarımfinal (ilk oyunlar)
17 aprel
NEFTÇİ – QARABAĞ - 2:1
Qol: V.Nadirov, 55 (0:1), A.Abdullayev, 63-pen (1:1), B. Nasimov, 90 (2:1).
Hakimlər: Anar Salmanov, Namiq Hüseynov, Mübariz Haşımov, Fariz Yusifov.
Bakı. “Baksell Arena”.
Oyun başladı
2. V.Nadirovun təhlükəli cinah ötürməsini Stamenkoviç tutur
6. "Neftçi"nin oyundakı ilk künc zərbəsini Aqolli uzaqlaşdırır
7. R.Sadıqovun təhlükəli cərimə zərbəsini Stamenkoviç kornerə çıxarır
8. Qonaqların korner vuruşu uğursuz alınır
9. Qapılardan birinin toru ilə bağlı problem olduğundan oyunda kiçik fasilə yaranıb
13. "Neftçi" təhlükəli hücum qursa da, qol vura bilmir
15. "Neftçi" daha bir korneri boşa verir
17. A.Abdullayev təhlükəli hücumu qeyri-dəqiq zərbə ilə tamamlayır
25. Oyun bir qədər sakit məcrada, meydanın mərkəzində keçir
28. "Qarabağ"ın korner vuruşundan qol səsi çıxmır
32. Kanales yaxın məsafədən qapıya dəqiq zərbə endirə bilmir
40. "Neftçi" müəyyən ərazi üstünlüyünə malik olsa da, qol vəziyyətləri yarada bilmir
45. İlk yarının əsas vaxtına 3 dəqiqə əlavə olunur
45+2. "Neftçi"nin çox təhlükəli hücumu zamanı R.Sadıqov "Qarabağ"ı qoldan xilas edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. D.Silva sarı vərəqə ilə cəzalanır
49. A.Abdullayevin uzaqdan zərbəsi Vəliyevdə qalır
55. V.Nadirov möhtəşəm zərbə ilə hesabı açır - 0:1
59. Aqollinin zərbəsi qapıdan yan keçir
60. "Neftçi"nin korner vuruşu zamanı top qapı dirəyinən qayıdır!
61. Meydan sahiblərinin növbəti korner vuruşu zamanı müdafiəçilər topu uzaqlaşdırırlar
62. Flvinyoya qarşı cərimə meydançasında kobud oyuna görə hakim penalti təyin edir
63. A.Abdullayev penalti zərbəsini dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirir - 1:1
64. E.Opara sarı vərəqə alır
65. "Qarabağ" ardıcıl iki künc zərbəsini boşa verir
66. A.Abdullayev sarı vərəqə ilə cəzalanır
67. R.Sadıqovun cərimə zərbəsi dəqiq olmur
68. V.Nadirov da sarı vərəqə alır
"Neftçi"nin heyətində ilk dəyişiklik: Baxodir Nasimov Vobayı əvəzləyir.
90. Qızıl əvəzləmə və Qoooooool!.. B. Nasimov hesabı "Neftçi"nin xeyrinə dəyişir - 2:1
Matç başa çatdı
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 17. Araz Abdullayev, 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 14. Bahodir Nasimov, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
QARABAĞ: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov (k), 15. Emeka Opara, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 21. Reynaldo Silva, 24. Admir Telli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 89. Miro Vardoviç, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 22. Əfran İsmaylıov, 32. Toğrul Bilallı, 55 Bədavi Hüseynov, 88. Kristian Torres.
BAKI – XƏZƏR LƏNKƏRAN – 1:0 (0:0)
Qol: M.Pena, 83-pen (1:0)
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Ramiz Əsədov, Elçin Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Oyun başladı
3. "Bakı" oyunda ilk korner vuruşunu yerinə yetirir: O.Sadıqlı topu uzaqlaşdırır
6. "Bakı"dan daha bir korner: Ş.Əliyevin yekun zərbəsi qapıdan yan keçir
11. A.Ramazanov qapıçı ilə üz-üzə qalsa da, K.Ağayev onun qola sevinməsinə imkan verir
13. Pena cinah ötürməsini başla qapıya ünvanlasa da, O.Sadıqlı topu tutur
20. Hər iki komanda çox fəaldı. "Bakı" müəyyən ərazi üstünlüyünə malikdi
22. E.Məmmədovun başla zərbəsi dəqiq olmur
24. Çesnauski hesabı açmaq üçün yaxşı fürsət qazansa da, həlledici zərbəsi dəqiq olmur
27. Şoliçin uzaqdan zərbəsi dəqiq olmur
31. "Bakı"nın cərimə zərbəsi təhlükəli alınsa da, qolla nəticələnmir
33. Meydan sahibləri getdikcə təzyiqi artırırlar
37. XL qapısı qarşısında böyük təhlükə yaransa da, son anda hər şey qonaqlar üçün yaxşı bitir
38. A.Pitin uzaqdan zərbəsi qapının üstündən keçir
40. Künc zərbəsi zamanı Karbqonun həlledici zərbəsini qapıçı tutur
44. Şoliçin cərimə zərbəsi canlı səddə toxunub, kornerə çıxır
45. Bakılıların korner vuruşu da bəhrəsiz qalır
45. İlk yarıya bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
53. Alvizin zərbəsi qapının üstündən keçir
57. Çesnauski cinah ötürməsini başla qapıya ünvanlasa da, O.Sadıqlı inanılmaz reaksiya nümayiş etdirir
57. Az sonra Sadıqlı Şoliçin də zərbəsinə oxşar reaksiya göstərir
58. Çesnauski daha bir qol şansını boşa verir
59. A.Ramazanovu U.Pamuk əvəzləyir
59. A.Pit isə yerini Lusianoya verir
60. "Bakı" ikinci hissəyə daha fəal başlayıb. XL ancaq müdafiə olunur
61. Bakılılar daha bir korner qazanırlar. Amma yenə uğursuz yerinə yetirirlər
63. Ş.Əliyev sarı vərəqə alır
70. "Bakı" daha bir korneri boşa verir
71. Qonaqların qapısı qarşısında daha bir təhlükəli vəziyyət yaransa da, yenə "Bakı"nın qol vurmaq istəyi baş tutmur
73. C.Hüseynovu Ristoviç əvəzləyir
76. E.Məmmədovun baş zərbəsi zamanı yenə O.Sadıqlı qonaqları real qoldan xilas edir
81. XL da kornerdən istədiyi kimi yararlana bilmir
83. Orsuliç cərimə meydançasında Şoliçi yıxdığı üçün sarı vərəqə alır və penaltiyə səbəb olur
83. Penanın penalti zərbəsi qarşısında Sadıqlı da aciz qalır və meydan sahibləri hesabda önə keçirlər - 1:0
87. F.Elmas Çesnaauskini əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
BAKI: 1. Kamran Ağayev, 27. George Popxadze, 25. Şəhriyar Əliyev, 6. İbrahim Karqbo, 14. Elvin Əliyev, 10. Lukas Mario Horvat, 7. Deyvidas Çesnauski, 11. Elvin Məmmədov (k), 88. Cavid Hüseynov, 77. Aleksandr Soliç, 24. Marius Pena.
Ehtiyat oyunçular: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes, 23. Rauf Əliyev, 99. Rəhman Hacıyev, 22. Risto Ristoviç, 28. Ferdi Elmas, 5. Aqil Nəbiyev.
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev (k), 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 21. Radomir Todorov, 24. Gökhan Güleç, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç.
Ehtiyat oyunçular: 30. Toni Doblas, 6. Robert Alviz, 7. Sadio Tounkara, 9. Uğur Pamuk, 11. Dimitrios Sialmas, 17. Kazım Kazımlı, 35. Lusiano Olguin.