Фоторепортаж|Видео|Azərbaycanca

Футбол

Heç nəyi dəyişməyən tur

22 апреля 2013 00:07
Topaz Premyer Liqasında daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, 27-ci turun oyunları 3 gün ərzində baş tutdu.
 
İlk oyun günündə iki görüş keçirildi. Turun açılış matçında “Kəpəz” “Turan”la üz-üzə gəldi. Gəncə təmsilçisi hələ bir neçə tur öncədən elita ilə vidalaşdığından, bu qarşılaşmaya tamamilə motivasiyasız çıxmışdı. Tovuz klubu isə hələ şansları qaldığından, mütləq qalib gəlmək fikrindəydi. Gözlənildiyi kimi, “Turan” bu matçda minimal hesablı qələbəyə sevindi. Matçdakı yeganə qolu isə komandanın qalmaqallı bombardiri Salif Ballo vurdu. Nəticədə Tovuz təmsilçisi elitada qalmaq şanslarını qorudu.
 
AZAL isə paytaxt derbisində “Rəvan”la qarşılaşdı. İkinci “altılığ”ın liderlərinin əvvəlki 6 matçında üstünlük “Rəvan”ın tərəfindəydi. AZAL-ın meydanında baş tutan paytaxt derbilərində hər 2 komanda qol sevinci yaşayırdə. Bu mövsüm baş tutan görüşlərdən birincisi AZAL-ın 3:1 hesablı qələbəsiylə başa çatmışdı. “Rəvan” isə növbəti görüşdə 1:0 hesablı qələbəyə sevinmişdi. “Aslanlar” bu görüşdə qələbə qazanmağı bacarsa, ikinci altılığın lideriylə aradakı xal fərqini azaltmağa nail olacaqdı. Lakin bu, baş tutmadı. Həmişəki kimi, yenə tərəflərin qol dueli ilə yadda qalan qarşılaşmada qələbə meydan sahiblərinə qismət oldu. Kifayət qədər gərgin və maraqlı keçən görüşdə qapılara beş qol vuruldu. Nərticədə, “təyyarəçilər” izləyiciləri üçün bir qədər də əlçatmaz oldu.
 
İkinci oyun gününün yeganə görüşündə “İnter” “Simurq”u qəbul etdi. Əslində, bu qarşılaşmadan futbol adına heç nə gözlənilmirdi. “İnter” istədiyi vaxt “kiçik qardaşı”ndan 3 xal alır və bu dəfə eyni şeyin təkrarlanacağı heç kimə sirr deyildi. Çünki bu xallar indi “bankirlər”ə hava-su kimi lazım idi. Oyunda həm gözlənilən, həm də gözlənilməz hesab qeydə alındı. “İnter” gözlənildiyi kimi “kiçik qardaşı”na yerini göstərib, 3 xalı aktivinə yazdı. Amma hər kəs “bankirlər”dən əvvəlki kimi kiçik hesablı qələbə gözləsə də, Kaxaber Tsxadadze şagirdi Georgi Çixradzeyə acımadı və “İnter” “Simurq”u 5:0 hesabı ilə yendi.
 
Son oyun günündə isə 3 qarşılaşma baş tutdu. Günün ilk oyununda “Qarabağ” “Bakı”nın qonağı oldu. Bu oyun Ağdam klubu üçün daha böyük əhəmiyyət daşıyırdı. Belə ki, “zolaqlılar”ın çempionatda heç bir ümidi qalmayıb və kubokda həftəiçi “Xəzər Lənkəran”la çətin oyunu var. Qurban Qurbanovun komandası isə bir gün əvvəl “İnter”ə təhvil verdiyi ikinci pilləni geri qaytarmalı idi. İlk yarısı qolsuz bərabərliklə başa çatan oyunda hesab 87-ci dəqiqədə açıldı. Şəhriyar Əliyev cərimə meydançasında Vaqif Cavadovun qolundan tutub çəkdiyinə görə hakim penalti təyin etdi. Topa yaxınlaşan ikinci yarıda meydana girmiş Riçard “Qarabağ”a qələbə qazandıran qola imza atdı.
 
İkinci oyunda “Neftçi” “Qəbələ”ni qəbul etdi. “Neftçi” çempionluq uğrunda mübarizə apardığından məğlubiyyət komandanı birinci pillədən edə bilərdi. Buna görə də Böyükağa Hacıyevin yetirmələri meydana mütləq qələbə üçün çıxmışdı. “Qəbələ” isə Luis Araqonun rəhbərliyi altında hər iki oyundan bir xalla ayrılmışdı. 6-cı pillədə qərarlaşan bölgə klubunun Avropa Liqasına vəsiqə üçün nəzəri şansları vardı. Oyun “Neftçi” üçün yaxşı başlamadı və ilk dəqiqələrdən hücuma atılan “Qəbələ” 14-cü dəqiqədə hesabı açdı. Sağ cinahdan asmanı Lourival Assis dəqiq baş zərbəsi ilə tamamladı. “Neftçi” bərabərlik qoluna ikinci yarıda imza atdı. 52-ci dəqiqədə hücuma qoşulan Denis Silva dəqiq baş zərbəsi ilə tarazlığı bərpa etdi. 65-ci dəqiqədə Aleksandr Çertoqanov növbəti qeyri-idmani hərəkətinə görə ikinci sarı vərəqəni alaraq meydanı tərk etdi. Lakin “Qəbələ” cəmi bir dəqiqə azlıqda qaldı və 66-cı dəqiqdə Flavinyo da eyni səbəbdən ikinci sarı vərəqəni alaraq meydanı tərk etdi. 3 dəqiqə sonra isə rəqib müdafiəçilərin kobud səhvindən yararlanan Nikolas Kanales “Neftçi”yə qələbə qazandıran qola imza atdı.
 
Tura Lənkəranda yekun vuruldu. Burda “Xəzər Lənkəran” “Sumqayıt”ı qəbul etdi. Meydan sahiblərini qarşıda çətin kubok oyunu gözlədiyindən Con Toşakın yetirmələrini yormaması, hətta bəzi aparıcı futbolçulara istirahət verməsi istisna deyildi. Lakin “altılıq”dan kənarda qalmaqla azarkeşlərini məyus edən “ağ-yaşıllar” doğma meydanda zəif “Sumqayıt”ı yenməklə fanatlarına sevinci bəxş etmək istəyirdi. Olduqca sönük keçən oyunda qol vurulmadı və komandalar meydandan bir xalla ayrıldılar.
 
Topaz Premyer Liqası
27-ci tur
 
KƏPƏZ – TURAN - 0:1 (0:0)
Qol: S.Ballo, 51 (0:1)
Sarı vərəqələr: Elgiz Kərəmli, 28 (rəqibi əllə tutduğuna görə), Bujamin Asani, 53 (qeyri-idman hərəkəti), Məhərrəm Hüseynov, 66 (hakimə etiraz etdiyinə görə), Məhərrəm Müslümzadə, 76 (qeyri-idman hərəkəti) - Nikolas Maysuradze, 63 (qeyri-idman hərəkəti), Kamal Bayramov, 90+3 (vaxtı bilərəkdən uzatdığı üçün).
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Azər Əsgərov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq .; II hissədə - 3 dəq.
19 aprel 2013. Bakı. “Dalğa Arena”. 30 tamaşaçı.
Kəpəz: 1. Ramil Kərimov, 4. Məhərrəm Müslümzadə, 6. Məhərrəm Hüseynov, 7. Pərvin Paşayev (23. Ravil Müslümov, 61), 8. Elvin Həsənəliyev (20. Emin Əliyev, 43), 10. Zaur Əsədov (14. Elxan Əzizov, 75), 11. Fərid Quliyev, 15. Şahin Kərimov (k), 25. Elgiz Kərəmli, 29. Georgi Sepiaşvili, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 5. Mətləb Məmmədov, 9. Alan Soltanov.
Baş məşqçi: Mahmud Qurbanov.
Turan: 1. Kamal Bayramov (k), 2. Dmitri Pospelov, 4. Vüqar Bəybalayev (5. Vasif Rzayev, 46), 8. Budaq Nəsirov, 10. Ender Günlü, 11. Salif Ballo, 13. Nikolas Maysuradze, 16. Əbülfət Abbasov (23. İrakli Beraya, 66), 21. Elşad Manafov, 25. Antonio Rukavina (20. David Janalidze, 46), 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 28. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 9. Murad Ağakişiyev, 22. Rəşad Hacızadə.
Baş məşqçi: Əfqan Talıbov.
 
AZAL – RƏVAN - 3:2 (1:0)
Qollar: F.Nildo, 5 (1:0), C.Oluremi, 58 (2:0), R.Abbasov, 68 (2:1), C.Oluremi, 84 (3:1), M.Kalonas, 90+3 (3:2)
Sarı vərəqələr: Cavid Tağıyev, 8 (qeyri-idman hərəkəti), Taqim Novruzov, 39 (qeyri-idman hərəkəti) - Ayaz Mehdiyev, 47 (qeyri-idman hərəkəti), Orxan Lalayev, 64 (qeyri-idman hərəkəti), Miloş Adamoviç, 66 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov,  Cavanşir Yusifov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq..; II hissədə - 3 dəq.
19 aprel 2013. Bakı. “AZAL Arena”. 200 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Usim Nduka (77. Saşa Yunisoğlu, 87), 4. Xose Junior Aylton, 2. Xuan Fransisko, 32. Vladimir Boqdanoviç, 20. Branislav Arsenyeviç, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 17. Viktor İbekoyi (19. Orxan Səfiyaroğlu, 85), 16. Junior Nildo (37. Andrius Veliçka, 89), 28. Con Oluremi.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 22. Ruslan Tağızadə, 23. Tural Nərimanov, 9. Elşən Məmmədov.
Baş məşqçi: Vaqif Sadıqov.
Rəvan: 1. Lukas Sapela, 4. Nodar Məmmədov, 8. Tural Axundov (k) (17. Ramazan Abbasov, 60), 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Miloş Adamoviç, 22. Tofiq Mikayılov (19. Hüseyn Axundov, 79), 25. Ayaz Mehdiyev (11. Əli Əliyev, 64).
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 9. Vüsal Qarayev, 15. Tural Cəlilov, 28. Emin Mustafayev.
Baş məşqçi: Ramil Əliyev.
 
İNTER - SİMURQ - 5:0 (3:0)
Qollar: Y.Fomenko, 4 (1:0), D.Genov, 37 (2:0), Y.Fomenko, 44 (3:0), R.Mansurov, 59 (4:0), D.Genov, 64 (5:0).
Sarı vərəqələr: Samir Zərgərov, 35 (qeyri-idman hərəkəti), Slavço Georgiyevski, 65 (qeyri-idman hərəkəti), İliya Kandelaki, 70 (qeyri-idman hərəkəti) - Rasim Ramaldanov. 22 (qeyri-idman hərəkəti), Mario Bojiç, 26 (qeyri-idman hərəkəti); 30 (hakimin qərarına etiraz), Zdravko Popoviç. 30 (qeyri-idman hərəkəti), Dilaver Zrnanoviç, 68 (qeyri-idman hərəkəti), İlkin Qırtımov, 70 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Mario Bojiç, 30 (hakimə etiraz).
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Mübariz Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
20 aprel 2013. Bakı. “Şəfa” stadionu. 500 tamaşaçı.
İnter: 96. Elşən Poladov (k), 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 7. Ruslan Əmircanov, 9. Daniel Genov (91. Leonardo Roşa, 84), 18. İliya Kandelaki, 20. Brüs Abdulay (10. Georgi Adamiya, 63), 25. İbrahima Niasse, 30. Yuri Fomenko (29. İlqar Ələkbərov. 46), 77. Ramil Mansurov.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 28. Baçana Sxadadze, 47. Abdulla Abatsiyev, 87. Cəmil Hacıyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
Simurq: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 6. Anderson Oliveyra,  9. Marçin Burhard (8. Qərib İbrahimov, 46), 10. Zdravko Popoviç (27. Bəxtiyar Soltanov, 46), 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 20. Rəşad Eyyubov (21. Murad Səttarlı. 59), 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 12. Tomislav Buşiç, 28. Nenad Kiso. Baş məşqçi: Georgi Çixradze.
 
BAKI – QARABAĞ - 0:1 (0:0)
Qol: R.Almeyda, 87-pen (0:1)
Sarı vərəqələr: Şəhriyar Əliyev, 29 (qeyri-idman hərəkəti), Risto Ristoviç, 31 (qeyri-idman hərəkəti), George Popxadze, 48 (qeyri-idman hərəkəti), Marius Pena, 90 (hakimin qərarına etiraz) - Kristian Torres, 38 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Rza Məmmədov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
21 aprel 2013. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
Bakı: 82. Edin Nuredinoski (k), 29. Əziz Quliyev, 25. Şəhriyar Əliyev, 3. Denis İvanov, 27. George Popxadze, 99. Rəhman Hacıyev (77. Aleksandr Soliç, 63), 88. Cavid Hüseynov, 22. Risto Ristoviç, 17. Mario Rubio, 28. Ferdi Elmas (11. Elvin Məmmədov, 72), 23. Rauf Əliyev (24. Marius Pena, 80).
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 21. Novruz Məmmədov, 10. Lukas Mario Horvat, 7. Deyvidas Çesnauski.
Baş məşqçi: Bojidar Bandoviç.
Qarabağ: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (20. Riçard Almeyda, 46), 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 24. Admir Teli (15. Emeka Opara, 58), 25. Ansi Aqolli (55. Bədavi Hüseynov, 20), 70. Vaqif Cavadov, 88. Kristian Torres.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 17. Vüqar Nadirov, 21. Reynaldo Silva, 33. Təmkin Xəlilzadə.
Baş məşqçi: Qurban Qurbanov.
 
NEFTÇİ – QƏBƏLƏ - 2:1 (0:1)
Qollar: R.Assis, 15 (0:1), D.Silva, 53 (1:1), N.Kanales, 69 (2:1)
Sarı vərəqələr: Mahir Şükürov, 35 (qeyri-idman hərəkəti), Flavinyo, 63 (hakimin qərarına etiraz), 66 (qeyri-idman hərəkəti) - Aleksandr Çertoqanov, 37 (qeyri-idman hərəkəti), 65 (qeyri-idman hərəkəti), Rəşad Abdullayev, 44 (bilərəkdən əllə oyun), Elmar Baxşıyev, 66 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Flavinyo, 66 - Aleksandr Çertoqanov, 65.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
21 aprel 2013. Bakı. “Baksell Arena”. 1000 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 4. Tərlan Quliyev (28. Emin Mehdiyev, 83), 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay (16. Bruno Bertuççi, 78), 11. Nikolas Kanales (14. Bahodir Nasimov, 89), 15. Erik Fabian Ramos, 17. Araz Abdullayev, 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 25. Dieqo Kosta Silva, 6. Nikola Valentiç, 8. Kristian Pulhak (5. Luka Zinko, 75), 11. Yannik Kamanan (10. Dodo, 69), 15. Omar Kalaban, 18. Aleksandr Çertoqanov, 21. Elmar Baxşiyev, 22. Rodriqes Assis, 27. Rəşad Abdullayev (k), 35. Tərzin Cahangirov (28. Müşfiq Teymurov, 87), 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 16. İfeanyi Emeqara, 38. Rey Məmmədbəyli, 39. Sadiq Quliyev.
Məşqçi: Luis Antoni Araqon.
 
XƏZƏR LƏNKƏRAN – SUMQAYIT - 0:0 (0:0)
Sarı vərəqələr: Elnur Allahverdiyev, 77 (qeyri-idman hərəkəti), Dimitrios Sialmas, 89 (qeyri-idman hərəkəti); 90+2 (bilərəkdən əl ilə oyun) - Can Akgün, 12 (qeyri-idman hərəkəti), Taner Taktak, 27 (qeyri-idman hərəkəti); 86 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Bəxtiyar Həsənalızadə, 57 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Dimitrios Sialmas, 90+2 - Taner Taktak, 86.
Hakimlər: Orxan Məmmədov, Zeynal Zeynalov, İsgəndər Əliyev, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
21 aprel 2013. Lənkəran şəhər mərkəzi stadionu. 2000 tamaşaçı.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev, 7. Sadio Tounkara (24. Gökhan Güleç, 70), 8. Eder Bonfim, 10. Elnur Abdullayev (99. Marin Orsuliç, 81), 11. Dimitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov (9. Uğur Pamuk, 75).
Ehtiyat oyunçular: 30. Toni Doblas, 17. Kazım Kazımlı, 21. Radomir Todorov, 35. Lusiano Olguin.
Baş məşqçi: Con Toşak.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 6. Taner Taktak, 7. Pərdis Fərcad Azad, 11. Sabir Allahquliyev (95. Murad Doymuş, 87), 13. Murad Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzəağa Hüseynpur (8. Aqşin Muxtaroğlu, 79), 86. Can Akgün (91. Ruslan Qurbanov, 63), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 17. Emin Cəfərquliyev, 22. Xəyal Mustafayev.
Baş məşqçi: Bernard Raab.
 
1 Neftçi 27 17 3 7 53 28 +25 54
2 Qarabağ 27 14 9 4 37 23 +14 51
3 İnter 27 14 8 5 35 18 +17 50
4 Simurq 27 10 10 7 27 23 +4 40
5 Bakı 27 7 14 6 28 20 +8 35
6 Qəbələ 27 9 7 11 30 34 –4 34
 
1 AZAL 27 11 9 7 43 29 +14 42
2 Rəvan 27 10 4 13 38 41 –3 34
3 XL 27 8 10 9 37 32 +5 34
4 Sumqayıt 27 7 8 12 25 44 –19 29
5 Turan 27 7 6 14 29 49 –20 27
6 Kəpəz 27 2 4 21 14 55 –41 10
 
Bombardirlər:
22 - Nikolas Kanales (Neftçi)
16 - Franko Nildo (AZAL)
13 - Xuan Manuel Varea (Rəvan)
12 - Riçard Almeyda (Qarabağ)
10 - Salif Ballo (Turan)
9 - Pərdis Fərcad Azad (Sumqayıt)
7 - Zohair Benouahi (AZAL), Baçana Sxadadze (İnter).

Другие новости этого раздела

Азербайджан забил первым, но уступил Беларуси04 июняГолкипер сборной Венгрии: Целью в матчах со Швецией и Азербайджаном будет победа04 июняКапитан Зире: В ЛК будет непросто04 июняИгорь ПОНОМАРЕВ: Березуцкий работает, и работает правильно. Завоевание Кубка – это его заслуга04 июняШамахы не собирается выезжать за пределы страны04 июняИзменения в составах клубов МПЛ04 июняСезон для ПФЛ: достижения, реформы и уверенные шаги на пути развития04 июняЗире расстался с форвардом Карабаха04 июняВ Беларуси не исключили возможность проведения очередных еврокубковых матчей в Азербайджане04 июняНефтчи ведет переговоры с футболистами Сумгайыта04 июняПрезидент польского клуба хочет, чтобы жребий указал на Азербайджан 04 июня2 000 000 манатов за победу «милли» на ЧМ04 июняАраз-Нахчыван объявил о расставании с хавбеком04 июняКарабах и Бензия не смогли договориться04 июняКипрское СМИ: Нефтчи выложит 300 000 евро за одного защитника и готов заплатить столько же за другого04 июня
4 июня21:51 Азербайджан забил первым, но уступил Беларуси19:31 Голкипер сборной Венгрии: Целью в матчах со Швецией и Азербайджаном будет победа19:03 Капитан Зире: В ЛК будет непросто18:37 Либеро сборной Азербайджана хочет снова обыграть Грузию18:26 Азербайджан выбрал 27 борцов на юниорское ЕВРО18:02 Игорь ПОНОМАРЕВ: Березуцкий работает, и работает правильно. Завоевание Кубка – это его заслуга17:35 Шамахы не собирается выезжать за пределы страны17:31 Изменения в составах клубов МПЛ17:19 Сезон для ПФЛ: достижения, реформы и уверенные шаги на пути развития17:07 Азербайджанские шахматисты завершили дубайский турнир вне топ-1016:55 Наставник сборной Словакии: Анализировали Азербайджан до трех ночи16:26 Зире расстался с форвардом Карабаха16:04 В Беларуси не исключили возможность проведения очередных еврокубковых матчей в Азербайджане15:34 Нефтчи ведет переговоры с футболистами Сумгайыта15:05 Президент польского клуба хочет, чтобы жребий указал на Азербайджан 14:32 Рауф Мамедов – о второй победе во Франции: Выиграл Пранава и повысил свой рейтинг14:02 2 000 000 манатов за победу «милли» на ЧМ13:43 Араз-Нахчыван объявил о расставании с хавбеком13:19 Карабах и Бензия не смогли договориться13:02 Кипрское СМИ: Нефтчи выложит 300 000 евро за одного защитника и готов заплатить столько же за другого12:36 Нефтчи расстался с еще двумя легионерами12:26 Азербайджанские рефери отсудят матчи в юниорских ЕВРО12:04 Нефтчи сыграет в Польше11:37 Мальтийские арбитры на матч Латвия – Азербайджан11:26 Туран-Товуз выступил с опровержением: Бердыев не покидал страну11:03 Ариф АСАДОВ: От Зире серьезные ожидания на евроарене, а АН и Сабах могут замахнуться на большее10:35 Очередная победа Мурадлы на дубайском турнире10:15 Отвергнутые Нефтчи: один хочет к Бердыеву, другого желает дебютант00:18 Шамахы подписал новый контракт с голкипером00:13 «Милли» лишилась последнего шанса побороться за Дивизион B Лиги наций00:01 Хет-трик и ассисты. Как «сборники» подходят к матчам3 июня23:30 Азербайджанские боксеры отстранены на длительный период из-за допинговых вопросов23:15 Карабах продолжает активное участие в климатических инициативах ООН19:32 Азербайджанские дзюдоисты на постере ЧМ19:04 Игроки Зире отправятся в Руанду, Нигер и Грузию18:36 Гусейнов пропустит 10 дней18:03 Азербайджанский баскетболист метит в НБА: Если все сложится, в 2026-м собираюсь играть в США17:31 Сумгайыт попрощался с тремя17:05 Рашад Гасанов: Больше всего верю на ЧМ в Гаджиева, Коцоева, Цкаева и, конечно, Гейдарова16:38 Зарецка – о выступлении в Марокко: Я четко увидела, что нахожусь на правильном пути
Архив
Sabah