İnter Avropa Liqasındakı ev oyunları üçün stadion seçimini etdi
6 июня 2013 18:45

Ölkəmizi Avroliqada təmsil edəcək Bakının “İnter” futbol klubunun ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu avrokuboklar zamanı “Bayıl Arena”nın xidmətindən yararlanacaq.
Klubun Bayıldakı arenanı seçməsində əsas amil kimi “Şəfa” stadionunun da süni örtüklü olmasıdı.
UEFA “İnter” klubuna “Şəfa” stadionunda oynamağa icazə verməyib. Buna səbəb arenanın yanındakı yolda təmir işləri aparıldığından, avtomobil dayanacaqlarının olmamasıdı.
Qeyd edək ki, “İnter” ötən avrokuboklar mövsümündə də ev oyunlarını “Şəfa”da yox, Mərdəkandakı “Dalğa Arena” stadionunda keçirmişdi.