UEFA Bakcell Arenanı tanımadı
6 июня 2013 17:35

Bakıdakı yeni stadionlardan olan “Bakcell Arena” beynəxalq oyunlar zamanı heç də bu adla təqdim olunmayacaq. Azerisport.az xəbər verir ki, buna səbəb beynəlxalq futbol qurumlarının reklam xarakterli adları tanımaq istəməməsidi.
Məsələ burasındadı ki, UEFA və FİFA həm klubların, həm də stadionların adlarında hansısa şirkətlərin adından istifadə olunmasını qəbul etmir. Məsələn, AZAL avrokuboklarda iştirak edərkən, UEFA bu klubu “Olimpik” kimi təqdim edirdi. Çünki paytaxt klubu əsas sponsoru olan AZAL şirkətinin adını daşıdığından qitə futbol qurumu bunu qəbul etmir.
UEFA “Bakcell Arena” ilə də bağlı eyni addımı atıb. Belə ki, qitə futbol qurumu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Lüksemburq matçının keçiriləcəyi bu arenanın adını “Bakcell Arena” yox, əvvəlki adı ilə - 8 km stadionu kimi təqdim edib.
Qeyd edək ki, UEFA-nın rəsmi saytı Azərbaycan – Lüksemburq matçının keçiriləcəyi arenanın adını bir neçə ay idi səhfən “Dalğa Arena” göstərirdi. Artıq bu problem aradan qaldırılıb.