Xəzər Lənkəran Almaniya klubunu 6 qolla darmadağın etdi (YENİLƏNİB)
28 июня 2013 22:53

Almaniyada yay-təlim məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, baş məşqçi Con Toşak yetirmələrini Almaniyanın “İnqolştad” klubu ilə görüşdə sınayıb.
Bakı vaxtı ilə saat 21:00-da start götürən oyun “ağ-yaşıllar”ın məskunlaşdığı “Marc Aurel” otelinin futbol meydançasında baş tutub. Görüş lənkəranlıların aşkar üstünlüyü şəraitində keçib. Nəticədə, komandamız almanları 6 qolluq darmadağınla məğlub edib.
Qeyd edək ki, bu, "ağ-yaşıllar"ın hazırlıq prosesi çərçivəsində ilk və son sınaq matçı olub. Komanda tezliklə Maltaya yola düşəcək.
Yoxlama oyunu
28 iyun
Xəzər Lənkəran – İnqolştad - 6:1
Qollar: Nildo, 10, Skarlatake, 32, Benuahi, 33; 52, U.Pamuk, 76, E.Cəfərov, 78.
"Xəzər Lənkəran"ın start heyəti: Toni Doblas, Elnur Allahverdiyev, Alvaro Silva, Manuel Skarlatake, Radomir Todorov, Vanderson Skardueli, Marin Orsuliç, Nikola Qliqorov, Sadio Tounkara, Zohair Benuahi, Junior Nildo.
10-cu dəqiqədə Nildo hesabı açır - 1:0
32-ci dəqiqədə Skarlatake ikinci qolu almanların qapısından keçirir - 2:0
33-cü dəqiqədə Benuahi hesabı darmadağın həddinə çatdırır - 3:0
52-ci dəqiqədə Benuahi özünün ikinci, komandasının dördüncü qoluna imza atır - 4:0
57-ci dəqiqədə almanlar hesab arasındakı fərqi azaldırlar - 4:1
76-cı dəqiqədə meydana sonradan çıxan Uğur Pamuk daha bir qol vurur - 5:1
78-ci dəqiqədə Elnur Cəfərov da fərqlənir - 6:1