Topaz Premyer Liqası, 3-cü tur: Arif Əsədovun proqnozu
17 августа 2013 11:15

Futbol üzrə 19 yaşlılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 3-cü turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, komandaların şanslarını belə dəyərləndirib.
Neftçi – Simurq
“Neftçi” Çempionlar Liqasının təsnifat mərhələsindəki uğursuzluqdan sonrakı ağır vəziyyətdən çıxmaq üzrədi. Komanda mövsümə iki ardıcıl qələbə ilə başlayıb. “Simurq” da Premyer Liqaya yaxşı start verib. Amma zaqatalalıların “Neftçi” ilə oyunlarda həmişə problemlə üzləşdiyini görürük. Xüsusilə də səfər oyunlarında. Bu dəfə də “Neftçi”nin qalib gələcəyini düşünürəm.
Bakı – Rəvan
Hər iki komanda mövsümə uğursuz başlayıb. Hər ikisinə xal hava-su kimi lazımdı. Buna görə də tərəflər ehtiyatlı oynamağa, səhv etməməyə çalışacaqlar. Heç-heçə olacağı qənaətindəyəm.
İnter – AZAL
“Bankirlər” startdakı iki oyunda uduzublar. İndi onlar bu oyunda qələbə qazanmaq üçün risk etməli olacaqlar. AZAL isə ehtiyatlı oynamağa üstünlük verəcək. Çünki “təyyarəçilər”i bu görüşdə hətta heç-heçə də qane edir. Odu ki, heç-heçə variantını seçərdim.
Qarabağ – Xəzər Lənkəran
“Qarabağ” son dövrlər yaxşı forma yığıb. Amma mümkündü ki, Avropa Liqasındakı iştirakı ilə əlaqədar komandanın heyətində müəyyən eksperimentlərə əl atılsın. Mənə elə gəlir ki, Ağdam klubu əsas heyətlə oynasa, qalib gələcək.
Sumqayıt – Qəbələ
“Qəbələ” də mövsümə çox yaxşı başlayıb, ardıcıl iki qələbəsi var. Amma eyni sözləri “Sumqayıt” barədə demək olmaz. Ötən tur onlar “Qarabağ”a 1:5 hesabıyla uduzdular. İndi bu komanda xal qazanmaq üçün dəridən qabıqdan çıxmalı olacaq. Heç-heçə olacağını proqnozlaşdırıram.
“Qəbələ” də mövsümə çox yaxşı başlayıb, ardıcıl iki qələbəsi var. Amma eyni sözləri “Sumqayıt” barədə demək olmaz. Ötən tur onlar “Qarabağ”a 1:5 hesabıyla uduzdular. İndi bu komanda xal qazanmaq üçün dəridən qabıqdan çıxmalı olacaq. Heç-heçə olacağını proqnozlaşdırıram.