Neftçi 400-cü qolu buraxdı
4 ноября 2013 13:00
“Neftçi” ölkə çempionatları tarixində 400-cü qolu buraxıb. Azerisport.az PFL-ə istinadən xəbər verir ki, Topaz Premyer Liqasının 12-ci turunda bakılıların qapısına qol vuran Etame Mbilla “ağ-qaralar”ı məyus edən yubiley qolunun müəllifi olub.
“Xəzər Lənkəran” üzərində 4:1 hesablı qələbəyədək 600 çempionat qarşılaşmasında “Neftçi” 399 qol buraxmışdı. Qeyd edək ki, paytaxt təmsilçisi 400 qol buraxdığı oyunlarda 1108 dəfə rəqib qapısına yol tapıb.
1-ci qol - 10.05.1992. Elxan Rəsulov ("Şirvan", Şamaxı)
100-cü qol - 16.04.1997. Elçin Rəhmanov (U-18)
200-cü qol - 26.10.2003. Mikayıl Namazov ("Xəzər Universiteti")
300-cü qol - 22.11.2009. Robertas Poşkus ("İnter")
400-cü qol - 02.11.2013. Etame Mbilla ("Xəzər Lənkəran")
(PFL)