Rauf Əliyev: Qarabağ üzərində qələbə Bakı üçün möhtəşəm olar
10 декабря 2013 11:44

“Bakı”nın hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə “Sumqayıt” üzərində qələbədən (2:1), ümumilikdə komandasından və “Qarabağ”a qarşı keçiriləcək qarşıdakı oyundan danışıb.
- “Kimyaçılar”a qarşı “küləkli” oyun barədə nə deyə bilərsiniz?
- Hava şəraiti doğrudan da yaxşı oyun göstərməyə mane olurdu. Sanki meydanda ikinci rəqib də vardı. Buna rəğmən, üstünlük bizim tərəfimizdə idi. Xüsusən, ilk hissədə. İkinci hissədə isə çətin idi. Xüsusilə külək mane olurdu. Bununla belə, biz lazımı qələbəni qazanıb üç xalı əldə etdik.
- Şübhəsiz, vacib qələbədir. Axı siz daban-daban izlədiyiniz “İnter”ə çatdınız.
- Əlbəttə, çatmağımız yaxşıdır. Ancaq ilk növbədə öz oyunumuz haqda düşünürük. Əsası, öz nailiyyətlərimizdir.
- Siz qol vurmağa çox çalışdınız, ancaq alınmadı. Səbəb nədir ya hər hansı başqa problem var?
- Düşünmürəm ki, problemlər var. Sadəcə, son iki oyunda qol vurmaq alınmır. Hər şey qaydasındadır.
- İkinci dövrənin sonuna iki tur qalıb. Qış fasiləsi ərəfəsində hansı məqsədləri güdürsünüz?
- Məqsədlər haqda danışanda qarşıdakı iki oyunda mütləq nəticə əldə etmək lazımdır. Düşünürəm ki, dörd xal belə çox yaxşı nəticə ola bilər.
- “Bakı”nı komandanı bu ilin yayında qəbul etmiş Milinko Pantiçə uyğunlaşdığını demək olar?
- Bizim komandamız doğrudan da, yenidir. Söhbət tək məşqçidə deyil. Heyətin 80%-i üç-dörd aydır ki, birgə oynayır. Bu müddət ərzində çox şeyə nail olmaq olmaz. İndi biz daha yaxşı oynamağa başlayırıq. Hər dəfə də artırırıq. Bu işdə Pantiçin əməyi kifayət qədər böyükdür.
- Qarşıda sizi lider “Qarabağ”a qarşı oyun gözləyir. Yəqin ki, ağdamlılara qarşı xüsusi köklənmə ilə oynayacaqsınız?
- Bəli, aydındır ki, keçmiş komandadır və ona qarşı həmişə xüsusi hisslərlə oynanılır. Ancaq mən “Qarabağ”a qarşı artıq iki dəfə oynamışam.
- Ağdamlılarla görüşdən nə gözləyirsiniz?
- İndi “Qarabağ” güclüdür. Axınında olan komandadır. Ancaq hesab edirəm ki, heç-heçə əldə etsək, hətta bunu pis nəticə hesab etmək olmaz. Ancaq qələbə qazansaq, bu, sadəcə möhtəşəm olacaq.