Abdulla Abatsiyev: Norveç yığmasını səfərdə məğlub etməyimiz indi heç nə demir
1 июня 2014 12:22

Gənclərdən ibarət millimizin yarımmüdafiəçisi Abdulla Abatsiyev azerisport.az saytına müsahibəsində 21 yaşa qədər futbolçular arasında keçiriləcək AÇ-2015-in təsnifat mərhələsi çərçivəsində gənclərdən ibarət millimizin Norveç yığmasına qarşı keçirəcəyi oyun, həmçinin Şimali Amerika toplanışı çərçivəsində millimizin ABŞ yığmasına qarşı keçirdiyi yoldaşlıq oyunu (0:2) haqda danışıb:
- Bazar günü sizi Norveç yığmasına qarşı çətin oyun gözləyir. Oyuna hazırlıq necə gedir?
- Bəzi futbolçular komandaya ABŞ-dan qayıtdıq sonra qoşuldular və ilk məşqi Cümə günü keçirdilər. Buna qədər futbolçuların gün ərzində iki gücləndirilmiş məşqi olurdu. Bu əsnada biz taktiki çalışmalara üstünlük verdik.

- Norveçdəki ilk oyun komandamızın kifayət qədər gözlənilməz qələbəsi ilə başa çatdı (3:1). Yəqin, indi rəqib daha da aqressiv köklənmiş olacaq?
- Əlbəttə. Ümumiyyətlə, bu komanda döyüşkən və fiziki cəhətdən güclüdür. Onlar sona qədər mübarizə aparacaqlar. Ona görə yox ki, doğma divarlar arxasında bizə məğlub oldular. Sadəcə, onlar belə komandadır və həmişə məhz belə oynayırlar.

- Hesab edirsiniz ki, qələbəni təkrarlamaq şansınız var?
- Bizim onları Norveçdə məğlub etməyimiz indi heç nə demir. Bizi təmiz vərəqdən, yeni oyun gözləyir. Elə keçən dəfə də çətin idi. Buna rəğmən, biz özümüz də qələbəyə oynayacağıq.

- Gənclər yığmasına qədər siz ölkənin əsas yığmasının heyətinə yenidən çağırılmısınız və ABŞ yığmasına qarşı oyuna çıxmışınız...
- Bu, güclü rəqib, ötən mundialın iştirakçısıdır. Onlara qarşı çətin idi. Mahiyyətcə, biz 75 dəqiqə normal oynadıq. Müdafiədən fəaliyyət göstərdiyimizi nəzərə alsaq, deməzdim ki, yaxşıdır. Ancaq standart vəziyyətlərdə onlar bizi üstələdilər. Biz bilirdik ki, onlar bu göstəricidə üstündürlər, ancaq dayandıra bilmədik.

- Oyundan sonra milimizin müdafiəsinə çoxsaylı tənqidlər yağdı...
- Düzünü deyim, mən məhz müdafiəni təqsirləndirməzdim. Axı rəqib rəqibin müdafiəsinə necə çatır: qabaqdakılar topa sahib ola bilmir, orta xətdə də bu, alınmır, budur, hamı artıq müdafiə ilə üz-üzədir.

- Söz düşmüşkən, bu, sizin yığmaya ikinci çağırışınızdır. Debütünüz isə San-Fransiskoda baş tutdu. İlk oyundan təəssüratlarınız necədir?
- Məğlubiyyəti nəzərə alsaq, deməzdim ki, debütüm baş tutdu. Ancaq mən şadam ki, nəhayət, oynadım. Həmçinin, rəqibin özünü, tamaşaçıların sayını, ehtirasları, ajiotajı və oyuna yanaşmanın ciddiyyətini nəzərə alsaq, bu oyun, yoldaşlıq oyunu təsiri bağışlamırdı.