Robert Prosineçki ilinə 1 200 000 qazanacaq
3 декабря 2014 13:00

Futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Robert Prosineçki ilə 3 illik müqavilə imzalanıb. Azerisport.az xəbər verir ki, razılaşmaya əsasən 45 yaşlı xorvatiyalı mütəxəssis ilinə 1 200 000 avro qazanacaq.
İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında Prosineçkiylə yanaşı, Roberto Mançini, Martin Yol və Slaven Biliçin də namizədliyi gözdən keçirilib. Lakin üstünlük Prosineçkiyə verilib.
Qeyd edək ki, Prosineçki Bakıya öz köməkçilərini də gətirəcək.