Neftçinin veteran hücumçusu vəfat etdi
4 марта 2016 13:20

"Neftçi"nin veteran futbolçusu Yuri Kuznetsov dünyasını dəyişib. Azerisport.az xəbər verir ki, Yuri Konstantinoviç Kuznetsov 1931-cil avqustun 2-də Bakı şəhərində anadan olub.
O, 1952-1955-ci illər ərzində "Neftçi" komandasının heyətində çıxış edib. SSRi yığmasının heyətində rəsmi oyunlarda 3 qol vurub. 2 dəfə - 1955 və 1959-cu ildə adı SSRİ-nin ən yaxşı 33 futbolçusu siyahısına daxil olunub.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ölkə futbol ictimaiyyəti adından veteran futbolçu Yuri Kuznetsovun vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!